İlham Əliyev: "Müasir infrastruktur və yol olmadan iqtisadi inkişaf mümkün deyil"
Bu gün sürətli və dinamik inkişaf yolunda uğurla irəliləyən Azərbaycan hazırda regionun qüdrətli dövlətlərindəndir. Məhz dinamik inkişaf tempinə malik olan Azərbaycanın iqtisadi tərəqqisinin əsasında duran mühüm faktorlardan biri də çoxsaylı infrastruktur layihələrinin həyata keçirilməsidir. Dünya birliyi tərəfindən yüksək reytinqlə qəbul edilən ölkəmizin siyasi, sosial-iqtisadi sahələrdə əldə etdiyi uğurların təməlində Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan xarici və daxili siyasət ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bütün sahələrlə yanaşı, nəqliyyat-yol kompleksində, eləcə də yol təsərrüfatında sistemli və kompleks tədbirlərin həyata keçirilməsi dinamik xarakter alıb.
Prezident İlham Əliyev çıxışlarında son 12 ildə infrastruktur layihələrinin icrasının prioritet məsələ olduğunu bildirib: "Çünki biz yaxşı başa düşürdük ki, bu layihələr icra edilməsə, ölkəmizin inkişafı mümkün olmayacaqdır. Xüsusilə, ölkəmizin enerji potensialının yaradılması istiqamətində 2004-cü ildən başlayaraq, çox ciddi addımlar atılmışdır".
"Müasir infrastruktur və yol olmadan iqtisadi inkişaf mümkün deyil"
Təsadüfi deyildir ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları təsdiq edilərkən, qarşıya qoyulan başlıca hədəflər arasında yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara çatdırılması xüsusi yer tutmuşdur. Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafı proqramının uğurla yerinə yetirilməsində, ilk növbədə, müasir tələblərə cavab verən yolların mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq demişdir: "Müasir infrastruktur və yol olmadan iqtisadi inkişaf mümkün deyil". Buna nail olmaq məqsədilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində yol qurğularının, eləcə də ölkənin bütün regionlarını və yaşayış məntəqələrini birləşdirən avtomobil yollarının yenidən qurulması və tikintisi üzrə irimiqyaslı layihələr həyata keçirilmişdir.
Prezident İlham Əliyev bölgələrə, demək olar ki, bütün səfərləri zamanı respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, hətta ucqar dağ kəndlərinə yeni yolların çəkilməsi ilə bağlı konkret tapşırıqlar verir, büdsədən maliyyə vəsaiti ayırır. Bunun nəticəsi olaraq Biləsuvar-İran sərhədi, Lənkəran-Lerik, Masallı-Yardımlı, Gəncə-Daşkəsən-Xoşbulaq, Quba-İspik-Xınalıq, Şamaxı-Pirqulu, Tovuz-Əlibəyli, Şəmkir-Gədəbəy, İsmayıllı-Qəbələ, Xaldan-Mingəçevir, Ağdaş-Ləki, Quba-Qəçrəş-Qımılqazma, Qusar-Əniğ-Ləzə, Qazaxbəyli-Aşağı Salahlı, Qəbələ-Ağdaş, Oğuz-Qəbələ, Quba-Qusar, Şəki-Qax, Ağstafa-Poylu-Gürcüstan sərhədi, Yevlax-Bərdə və digər avtomobil yolları yenidən qurulmuş, ölkədaxili yol infrastrukturu əhəmiyyətli dərəcədə inkişaf etmişdir.
Son illərdə həyata keçirilən məqsədyönlü tədbirlər infrastrukturun müasirləşdirilməsinə səbəb olub. Son illərin göstəricilərinə nəzər saldıqda, statistik rəqəmlər də son 12 ildə müsbət dəyişikliklər baş verdiyini bir daha təsdiqləyir. Ölkənin ümumi istifadədə olan avtomobil yollarının uzunluğu 2003-cü ildə 18754 km təşkil edirdisə, 2008-ci ildə bu göstərici 18902, 2013-cü ildə isə 19000 km-ə çatdırılıb ki, bunun da 17529 km-i Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin balansındadır.
Son 12 il ərzində avtomobil yollarının tikintisində və təmirində istifadə olunan 3014 ədəd müxtəlif təyinatlı nəqliyyat vasitələri, yol-tikinti maşınları, avadanlıq və qurğular alınıb, ümumi gücü saatda 2240 tondan çox olan 33 ədəd asfalt-beton zavodu istifadəyə verilib. 2003-2013-cü illər ərzində respublikada yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yolların uzunluğu 8332 km olub.
Təsadüfi deyil ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları təsdiq olunarkən, qarşıya qoyulan başlıca vəzifələrdən biri yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara çatdırılması olub. Ölkə başçısı İlham Əliyev regionların sosial-iqtisadi inkişafı proqramının uğurla yerinə yetirilməsində, ilk növbədə müasir tələblərə cavab verən yolların mühüm əhəmiyyət kəsb etdiyini belə vurğulayıb: "Müasir infrastruktur və yol olmadan iqtisadi inkişaf mümkün deyil".
Bunun nəticəsidir ki, ölkə Prezidenti yol qurucularının, eləcə də ölkənin bütün regionlarını və yaşayış məntəqələrini birləşdirən avtomobil yollarının yenidən qurulması və tikintisi üzrə irimiqyaslı layihələr həyata keçirilib və bu, növbəti üçüncü Dövlət Proqramında da davam etdirilir. Belə ki, dövlət başçısı üçüncü regional inkişaf proqramında kənd yollarının tikintisinin xüsusi yeri olduğunu da vurğulayıbdır: "Mənim bölgələrə səfərlərim zamanı bu məsələ daim müzakirə edilir. Yerlərdən gələn təkliflər sonra dövlət investisiya proqramına salınır. Üçüncü regional inkişaf proqramında kənd yollarının tikintisi xüsusi yer tutur. Eyni zamanda, vətəndaşlar tərəfindən il ərzində də müraciətlər olur. İl ərzində çalışıram ki, Prezidentin ehtiyat fondundan da kənd yollarının tikintisinə vəsait ayırım. Bəlkə də Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitin böyük hissəsi kənd yollarının tikintisinə gedir. Çünki bu məsələ öz həllini tapmalıdır. Hesab edirəm ki, biz indiki templəri saxlasaq, növbəti 3-4 il ərzində Azərbaycanda bir dənə də təmirsiz kənd yolu olmayacaqdır. Məsələ də belə qoyulub. Bütün kənd yollarında asfalt olmalıdır, keyfiyyətli tikilməlidir ki, vətəndaşlar əziyyət çəkməsinlər".
Beləliklə, bütün bunlar onu göstərir ki, zəngin potensiala mailk olan Azərbaycanda yol infrastrukturunun inkişafı ölkənin əsas prioritetlərindən birinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili siyasəti sayəsində qazanılan uğurların sırasında bu sahənin inkişafı önəmli yer tutur. "Azərbaycanda ən müasir nəqliyyat-yol infrastrukturu yaradılacaq" deyən ölkə başçısı İlham Əliyevin diqqətinin nümunəsi olaraq növbəti ildə də sözügedən proses reallaşdırılacaqdır.
RƏFİQƏ KAMALQIZI