PDF Oxu

Siyasət

  • 19

Partiya sədri: “Müxalifətin fəaliyyəti və çabaları əbəsdir”AÇIQLAMA

Partiya sədri: “Müxalifətin fəaliyyəti və çabaları əbəsdir”AÇIQLAMA

"Ciddi dəyişikliklərin aparılmasına zərurət olduğu bir məqamda müxalifətin və onların təsiri altında olan KİV-lərin qərəzli informasiyalar yaymağa cəhd etmələri milli maraqlara qarşı çıxmaqdan başqa bir şey deyil. Müxalifətyönümlü KİV-lərin tutduğu mövqe tam Azərbaycanın əleyhinə olan bir mövqedir. Yəni bu Konstitusiya dəyişikliklərin mahiyyətini xalq çox gözəl başa düşür". BunuSİA-ya açıqlamasında "Yurddaş" Partiyasının sədri Mais Səfərli deyib.Sədrin sözlərinə görə, Azərbaycanda demokratiya mövcuddur və qanunvericilik bazasının daha da təkmilləşdirilməsi istiqamətində islahatlar aparılır: "Bu islahatları da alqışlamaq lazımdır. Bu Azərbaycanın inkişafına, Azərbaycanda demokratiyanın və demokratik proseslərin sürətlənməsinə yönəlik bir dəyişikliklərdir. Əgər müxalifət bunu dəstəkləmirsə və müxalifət xaricdən hansısa qüvvələrin sifarişi ilə belə mövqe sərgiləməsi ölkəmizin əleyhinə olan bir mövqedir.Bu baxımdan, Azərbaycan xalqı buna özünün qiymətini verməlidir. O qüvvələr ki, bu gün referendumla əlaqədər şər-böhtan kampaniyasına başlayıblar. Onların bu fəaliyyəti və çabaları əbəsdir. Çünki başlıcası odur ki, xalq, seçiçilər bunu dəstəkləyir. Bir sözlə, bu xalqın ürəyindən olan dəyişikliklərdir. Ümumiyyətlə, müxalifəti təmsil edən qüvvələrin atılıb düşməsi elə özlərinə qalacaq. Onların qurduqları bu plan heç vaxt həyata keçən deyil".

sia.az

Digər xəbərlər