"Avropa Şurası çox şükür ki, ayılıb. Azərbaycanda narkotika ilə tutulanları Avropa Şurası, beynəlxalq təşkilatlar tez bir zamanda insan hüquqlarının pozuntusu kimi qəbul edirlər. Ermənistanda isə adamlar güllələnir, öldürülür lakin onlar susurlar. Bu gün qədər də xristian həmrəyliyi mövcuddur və məsələlərə ikili standartla yanaşılır. Bu fakt olaraq qalır". BunuSİA-ya politoloq Cümşüd Nuriyev deyib.Onun sözlərinə görə, bütün bunlara baxmayaraq Ermənistanda qarşıdurma artıq açıq müstəviyə keçib: "Bu cür hallar getikcə daha da gərginləşəcək. Yəni bütün bunların hamısının arxasında Sarkisyanın həddən artıq çətin durumda olduğunu göstərir. Eyni zamanda bu cür proseslər Ermənistanda vəziyyətin kifayət qədər gərginliyindən xəbər verir. Belə bir şəraitdə rəsmi Moskva nə deyəcəksə Ermənistan da onu həyata keçirəcək. Çünki Ermənistanın sərbəst siyasəti yoxdur. Çünki rəsmi İrəvan yalançı bir dövlətdir. Amma Rusiyanın Azərbaycana olan münasibəti çox yaxşıdır. Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Rusiya-Azərbaycan münasibətləri çox yüksək səviyyədədir. Təbii ki, bu da bizə ümumi şəkildə proqnozlaşdırmağa əsas verir ki, tezliklə Azərbaycan-Rusiya münasibətlərinin yaxşı olması Dağlıq Qarabağ məsələsinin həllinə gətirib çıxaracaq".
sia.az