PDF Oxu

Siyasət

  • 18

Əli Orucov: "Onlar məsələdən qaçmaq yolunu boykotda görürlər" AÇIQLAMA

Əli Orucov: "Onlar məsələdən qaçmaq yolunu boykotda görürlər" AÇIQLAMA

"Azərbaycanda hansısa seçkini boykot etmək təcrübəsi heç zaman özünü doğrultmayıb". BunuSİA-ya Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov "Milli Şura" və AXCP-nin sentyabrın 26-da ölkəmizdə keçiriləcək ümumxalq səsvermə - Referendum seçkilərini boykot etmək qərarına münasibət bildirərkən deyib.Onun sözlərinə görə, çox təəssüf ki, bəzi siyasi qüvvələr ölkədə taleyüklü məsələlər baş verən zaman məhz bu taktikaya üstün verməyə çalışırlar: "Lakin heç zaman öz istəklərinə nail ola bilməyiblər. Əksinə həmin qüvvələr bu cür addımlara deyil, insanları həmin proseslərə cəlb etməyə çalışmalıdırlar. Çünki səsi xalq verir və nəticə də məhz onların əlindədir. Boykot yalnız o halda baş tuta bilər ki, seçki zamanı insanlara hər hansı sədlər qoyulsun və ya azad səsverməsində maneələr yaradılsın. Bu baxımdan onların qurduqları bu plan heç vaxt həyata keçə bilməz".

Ə.Orucov qeyd edib ki, bu cür məsələlərə əl atanların seçkidə iştirak etmək gücü yoxdur: "Ümumiyyətlə, boykot məsələsini ortaya atmaq problemdən qaçmaq deməkdir. Çünki, həmin siyasi qüvvələrin seçki prosesinə qatılması üçün nə gücü, nə də maliyyəsi var. Bu baxımdan onlar məsələdən qaçmaq yolunu məhz boykotda görürlər. Referendumda iştirak etmək üçün müəyyən şərtlər var ki, ona uyğun olmalısan. Sözügedən qüvvələrin isə heç biri bu şərtlərə uyğun gəlmir. Amma hər zaman olduğu kimi bu dəfə də onların çabaları əbəsdir".

sia.az

Digər xəbərlər