PDF Oxu

Siyasət

  • 35

Əli Kərimli fətullahçıların Azərbaycandakı bir nömrəli agentidir

Əli Kərimli fətullahçıların Azərbaycandakı bir nömrəli agentidir

FETÖ-çülərin fəaliyyətinə dair aparılan araşdırmaların nəticəsinin bir ucu da AXCP-yə - Əli Kərimliyə gətirib çıxarır

Məlum olduğu kimi, iyul ayının 15-də Türkiyədə bir qrup hərbçi dövlət çevrilişinə cəhd edib. Lakin qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanın xalqa çağırışından sonra Türkiyə dövləti və xalqı birlikdə çevrilişin qarşısını alıb. Bundan sonra isə çevrilişə cəhd etmiş və bu planın arxasında duran FETÖ-çülərin direktivlərilə hərəkət edən xəyanətkarların həbsi başlayıb. Türkiyədə başlanan bu proseslərin araşdırılması dərinləşdikcə, aydın olub ki, fətullahçıların fəaliyyəti təkcə Türkiyə miqyası ilə məhdudlaşmır. Belə ki, fətullahçılar Türkiyə ilə yanaşı, Qafqaz və Mərkəzi Asiya, eyni zamanda, ərəb ölkələrində də geniş agentura şəbəkəsi quraraq, siyasi böhranların yaradılması üçün uyğun vaxtı gözləyirmişlər. Əlbəttə ki, fətullahçıların fəaliyyət şəbəkəsi Azərbaycandan da yan keçməyib. Fətullahçılar Azərbaycanda da "beşinci kolon"un xidmətlərin istifadə etmək və ölkədə qarışıqlıq yaratmaq planlarını işləyib-hazırlayıblarmış. Heç də təsadüdi deyildir ki, FETÖ-çülər AXCP-nin və Ə.Kərimlinin vasitəsilə planlarını reallaşdırmaq niyyətində olublar. Bütün bunlar isə, məhz qardaş Türkiyədə FETÖ-çülərə qarşı başlanmış əməliyyatdan sonra bəlli olub.

Məhz ilk olaraq, Türkiyə hökumətinin siyasi-hərbi və ictimai sektordakı fətullahçı terror təşkilatı FETÖ tərəfdarlarını təmizləmə əməliyyatları Ə.Kərimlinin televiziya məkanına çıxan yeganə yolunu bağladı. Belə ki, Türkiyədə bağlanan 16 fətullahçı telekanal arasında AXCP-nin "Azərbaycan saatı"nın yayımlandığı "Barış" TV də var idi. Bu səbəbdən proqram artıq efirdə olmayacaq. TV-nin bağlanmasından sonra həm Ə.Kərimlinin, həm də Qənimət Zahidin çırqıntıları bir daha onların fətullahçılarla əlaqələrini üzə çıxarmış oldu.

Bundan başqa, bu günə qədər Qərbdəki bəzi anti-Azərbaycan dairələrindən AXCP sədri üçün gələn maliyyə vəsaitlərinin elə Fətullah Gülənə məxsus olması da üzə çıxmış olub. Doğrudur, Ə.Kərimli bütün fəaliyyəti boyu şiə məzhəbli dairələrin maliyyəsilə siyasi direktivləri yerinə yetirib. Lakin "MALIŞ"ın fərasəti və iştahası o qədər genişdir ki, məzhəb fərqinə baxmadan fətullahçılarla da razılığa gəlib və onların Azərbaycandakı maşasına çevrilib. Vaxtilə "Eurovision-2012", 2013-cü il Prezident seçkiləri, 2015-ci ildə I Avropa Oyunları zamanı Qərbdəki dairələrdən aldığı maliyyənin böyük hissəsinin, məhz FETÖ-çülərə aid olması artıq heç kəsdə şübhə doğurmur.

Ümumiyyətlə, FETÖ-çülərlə Ə.Kərimlinin sıx əlaqələrinin olması faktını AXCP sədrinin oğlu Türkel Kərimlinin ABŞ-a səfəri bir daha isbatladı. Türkiyədə Fətullah Gülən şəbəkəsi ətrafında gərgin anların yaşandığı vaxt Ə.Kərimli oğlu Türkel Kərimlini ABŞ-a göndədir və onun Vaşinqtonda bir sıra siyasətçi, zəngin iş adamları ilə görüşünü təşkil edir. Müəmmalı səfərin özü də ortaya bir sıra maraqlı məqamlar çıxarır. Azərbaycan mətbuatında dərc olunan məlumatlardan aydın olur ki, Ə.Kərimli "Azərbaycan saatı"nın yayımlandığı "Barış" TV-nin bağlanacağını əvvəldən bilirdi və Türkel Kərimlini də Vaşinqtona Güləndən yeni efir məkanı alması üçün göndərib. Efir vaxtının verilməsi xahiş olunan TV-lər də birbaşa olmasa da, dolayısı ilə F.Gülənin əlindədir və fəaliyyətlərini davam etdirirlər.

Qeyd edək ki, Türkel Kərimli ABŞ-ın QHT sektoruna daxil olan maliyyə fondlarında görüşlər keçirib. Fətullah Gülən də zəngin iş adamı kimi həmin fondlarda təmsil olunduğundan, Ə.Kərimli maddi vəsaitləri və "Azərbaycan saatı"na görə efir almaq üçün oğlunu "elçi" kimi okeanın o tayına göndərib. Əlbəttə ki, bu yolla Ə.Kərimli həm diqqəti yayındırmaq, həm də FETÖ-çülərlə olan əlaqələrini gizlətməyə çalışıb. Lakin FETÖ-çülərin fəaliyyətinə dair aparılan araşdırmaların nəticəsinin bir ucu da AXCP-yə, Ə.Kərimliyə gətirib çıxardığından, əminliklə demək olar ki, Ə.Kərimli fətullahçıların Azərbaycandakı bir nömrəli agentidir.

"Səs" Analitik Qrupu

Digər xəbərlər