"Müsavat partiyası ilə "Yeni Müsavat" arasındakı baş verənlər Arif Hacılının intriqabazlığının, şəxsi ambisiyalarının. Qeyri-obyektivliyinin nəticəsidir. Biz 2014-cü ildə şahidi olduq ki, Müsavat uçuruma gedir. Bütün tanınmış simalar partiyadan istefa verdilər. Məhz Arif Hacılının "əməyi" sayəsində bu proses bu gün də davam edir. Heç bu adamla işləmək istəmir, onunla eyni əqidənin daşıyıcısı, eyni yolun yolçusu olmaq heç kimin istəyi deyil". Bu fikirləri SİA-ya açıqlamasında alternativ AXCP-nin sədr müavini Ehtiram Mehdiyev bildirib.Arif Hacılı ilə Rauf Arifoğlu arasında baş verən insidentə münasibət bildirən E.Mehdiyev onu da qeyd edib ki, son üç il ərzində bir daha bəlli oldu ki, Əli Kərimli, Arif Hacılı kimi şəxslərin rəhbərlik etdiyi partiya heç bir siyasi uğur qazana bilməz: "Çünki bu adamlar şəxsi mənafelərini milli mənafedən, partiya maraqlarından üstün tuturlar. Yadınızdadırsa, elə bu yaxınlara qədər Arif Hacılının ən çox təbliğatını aparan mətbu orqan məhz "Yeni Müsavat" qəzeti idi. Rauf Arifoğlu ona dəfələrlə kömək edib. Bir sözlə, bu adamlar şəxsi çıxarları üçün hər kəsi ayağından asmağa hazırdılar. İndi təsəvvür edin ki, Arif Hacılı Rauf Arifoğluna qarşı belədirsə, gör indi sıravi müsavatçılara qarşı necə ədalətsizdir!".
sia.az