"Referendumda müxalifətin bir araya gəlməsi mümkünsüzdür". Bu fikirləri VİP sədri Əli ƏliyevSİA-ya açıqlamasında bildirib.
Əli Əliyevin sözlərinə görə, referendumda da müxalifətin bir araya gələ bilməməsinin bir neçə səbəbi var: "İlk növbədə müxalifət qüvvələri arasında illər uzunu formalaşmış etimadsızlıq mühiti var. Digər səbəb vəziyyətin real durumudur. Düşərgədə vəziyyətin dəyişməyəcəyi ovqatı hökm sürür. Bu baxımdan, lider və təşkilatlar ilk növbədə taktiki problemləri həll edirlər. Hamı "mövsümi" çətinlikləri çözməyə çalışır. Fərqindədirlər ki, vəziyyətin kardinal dəyişməsinin makro səbəbləri mövcuddur. Özümüzü deyilənlərdən kənarda saxlamırıq, bunlar bizə də aiddir".
Partiya sədri onu da bildirib ki, bu gün müxalifətin vəzifəsi cəmiyyətin və dünyanın susqunluğu şəraitində mümkün mübarizəni ortaya qoymaqdır: "Ən mühüm 2 müttəfiqindən məhrum edilmiş müxalifət belə reallıqda çox böyük nəticə göstərə bilməz. Müxalifətin bugünkü durumuna sevinmək deyil, qüssələnmək daha düz olar".
sia.az