Ölkədə keçiriləcək referendum aktı ilə bağlı müxalifətin birlik görüntüsü yaratmaq cəhdi düşərgədə gərginliyə səbəb olub. Xüsusilə də, Müsavat başqanı Arif Hacılının AXCP sədri Əli Kərimlinin birlik təklifinə rədd cavab verməsi ilə eyni mövqedən çıxış edən Müsavat başqanının müavini Osman Kazımov SİA-a açıqlamasında AXCP sədri Əli Kərimlini müxalifətin birliyinə mane olmaqda ittiham edib. O bildirib ki, müxalifət liderlərinin Azərbaycanda yaranan vəziyyəti birgə müzakirə etməsi barədə xoşməramlı, demokratik qüvvələrin, cəmiyyətin maraqları naminə təklif versə də, Ə.Kərimli bu təklifə qarşı çıxıb: "Təəssüf ki, Əli Kərimlini ümumi maraqlar deyil, AXCP və "Milli Şura"nın maraqları düşündürür. Ona görə də, AXCP ilə əməkdaşlıq cəhdlərinin perspektivinə inanmıram".
sia.az