PDF Oxu

Siyasət

  • 24

Aydın Quliyev: “Azərbaycandakı referendum dünya üçün çağırış ola bilər” AÇIQLAMA

Aydın Quliyev: “Azərbaycandakı referendum dünya üçün çağırış ola bilər” AÇIQLAMA

2016-cı il sentyabr ayının 26-a təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı refendum sayca Azərbaycanda keçiriləcək 4-cü refendum olacaq. Bu 4 referendumdan 3-ü birbaşa Konstitusiya ilə bağlıdır". Bunu SİA-ya "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.Baş redaktorun sözlərinə görə, konstitusiyaya əlavə və dəyişikliklərin sözsüz ki, obyektiv, praktik, siyasi və hüquqi əsasları var: "İlk növbədə referendum prezident hakimiyyətinin daha da möhkəmləndirilməsi, təkmilləşdirilməsi, parlament hakimiyyətinin onu kimi möhkəmləndirilməsi, seçki sisteminin təkmilləşdirilməsi, seçici aktivliyinin artırılması, xüsusilə də gənc nəslin daha böyük qüvvələrinin seçki prosesinə cəlb etmək kontekstində sözsüz ki, əhəmiyyətli prespektiv vəd edir. Məhz bu nöqteyi-nəzərdən düşünürəm ki, referendumun uğurla yekunlaşması dünya üçün müəyyən çağırışlar ola bilər. O mənadakı dünyanın müxtəlif ölkələrində hələ bu günə kimi də yaş senzlərinin tətbiq olunması Azərbaycandakı bu referendumdan sonra ola bilsin ki, ortadan qaldırılsın".A.Quliyev əlavə edib ki, digər tərəfdən bu referendum Azərbaycanda gənc nəslin daha böyük kontigentinin seçki prosesinə cəlb olunması üçün şərait yaradacaq: "Hansı ki bu da başqa ölkələr üçün bir nümunə sayıla bilər. Çünki müəyyən yaş məhdudiyyətləri bəzi başqa ölkələrdə də var. Bu, gənc nəslin seçki prosesində iştirakını məhdudlaşdırır. Ona görə də Azərbaycandakı referendum dünya üçün çağırış ola bilər".

sia.az

Digər xəbərlər