"Taleh Bağırzadə günahsız Nardaran sakinlərini təsir altında saxlayan, qəsəbəni orta əsr istehkamına çevirmək və onu cəmiyyətdən ayırmağa çalışan və bütün bunları din pərdəsi altında həyata keçirməyə cəhd göstərən cinayətkardır". Bu fikirləri SİA-ya açıqlamasında QHT rəhbəri Cəsarət Hüseynzadə deyib. Onun sözlərinə görə, Sözgedən şəxs hansısa qüvvələrin əlində alətə çevrilərək günahsız insanların ölümünə səbəb olub, əli günahsız insanların qanına batıb: "Bu baxımdan T.Bağırzadə məhkəmə qarşısında cavab verməlidir. Din insanların zəif yeridir. Taleh kimi şəxslər də məhz bu yoldan istifadə edərək nəyəsə nail olmağa çalışırlar. Dindən siyasi məqsədlər naminə istifadə etmək qəbuledilməzdir".
sia.az