PDF Oxu

Siyasət

  • 18

İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi Məhəmmədrza Nəcəfi Mətbuat Şurasında olub

İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi Məhəmmədrza Nəcəfi Mətbuat Şurasında olub

Media sahəsində əməkdaşlığın genişləndirilməsi yolları müzakirə edilib

İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin mətbuat katibi Məhəmmədrza Nəcəfi Azərbaycan Mətbuat Şurasında olub. MŞ sədri, millət vəkili Əflatun Amaşov qonağı salamlayaraq, bildirib ki, tarixən qonşu olan hər iki ölkənin əlaqələri indiki kimi geniş və əhatəli olmayıb. Dövlət rəhbələrinin qarşılıqlı səfərlərində, eləcə də nazirliklər, digər rəsmi qurumlar səviyyəsindəki görüşlərdə ikitərəfli əməkdaşlığın inkişafını nəzərdə tutan mühüm sənədlərə imza atılıb.

Ə.Amaşov bütün bunların böyük əhəmiyyət daşıdığına diqqəti çəkərək, vurğulayıb ki, istər əməkdaşlığın möhkəmləndirilməsində, istərsə də görülən işlər barədə ölkələrin xalqlarında ictimai təsəvvürlərin formalaşmasında media, jurnalistlər aparııcı qüvvə olaraq qalır. Səfirlik rəsmisi ilə görüşdən də məqsəd bu günədək həmin sahədəki vəziyyətə təhlili nəzər salmaq, daha da inkişafına xidmət edəcək tədbirləri və onların reallaşdırılması yollarını müəyyənləşdirməkdir.

M.Nəcəfli MŞ sədrinin təşəbbüsünü dəstələyərək, bildirib ki, bu işə elə İran-Azərbaycan jurnalistlərinin dostluq qrupunun yaradılmasından başlamaq, sonra digər Xəzəryanı ölkələrin də media təmsilçilərini bir araya gətirmək effektiv olardı. O, hər iki ölkənin jurnalistləri arasında qarşılıqlı səfərlərin mövcudluğunu əsas götürərək, əlaqələrin inkişafına yönələn bir sıra təkliflərini səsləndirib.

Tərəflər razılığa gəliblər ki, belə səfərlərin davamı jurnalistlərin yaradıcılığına müsbət təsiri, ölkələrin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin təbliği baxımından əhəmiyyət daşıdığından, davam etdirilməlidir. Futbol və digər idman növləri üzrə hər iki ölkənin jurnalistlərdən ibarət komandalarının yoldaşlıq görüşlərinin, konfransların və sair tədbirlərin təşkili də məqsədəmüvafiq sayılıb.

R.KAMALQIZI

Digər xəbərlər