"Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsinin ümumxalq səsverməsinə çıxarılması ilə əlaqədar avqustun 5-də "Bələdiyyə" təşəbbüs qrupunun yaradılması məqsədilə geniş yığıncaq işə başlayıb.
Yığıncaqda təşviqat qrupunun yaradılması ilə əlaqədar təşəbbüs qrupunun formalaşdırılması məqsədilə 69 ilkin təşəbbüs qrupundan 348 nümayəndə iştirak edir.
Yığıncaqda səlahiyyətli nümayəndə və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə seçilib.
sia.az