"Rusiya prezidenti Vladimir Putinin Dağlıq Qarabağla bağlı təklifləri çoxdan hazırdır. Hesab edirəm ki, burada məsələ təkliflərin hazırlanmasından getmir əksinə məsələ Ermənistanı sülhə cəlb etməkdən gedir". BunuSİA-ya millət vəkili Asim Mollazadə deyib.Deputatın sözlərinə görə, Rusiyanın tam imkanları var ki, Ermənistan sülh istiqamətində ən zəruri addımı atsın və Azərbaycanın işğal olunmuş ərazilərini azad etsin: "Düşünürəm ki, sülh istiqamətində olan ən gözəl təklif bundan ibarət olmalıdır. Ümumiyyətlə Ermənistanla Rusiya hərbi müttəfiqdir. Rəsmi İrəvanda ən böyük hərbi baza var. Təbii ki, Ermənistanın mövcudluğu da bilavasitə Rusiya ilə bağlıdır".
sia.az