"Ümumiyyətlə heç bir zaman satqınlardan partiya başqanı olmayıb. Məsələn, Qəmbərov İsa tarix boyu satqın olub. Həm onun özü, həm də valideyinləri bu cür olublar. Bütün bunların hər biri Azərbaycan cəmiyyətinə bəllidir". Bunu SİA-ya Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.Onun sözlərinə görə, Qəmbərov İsanın öz yerinə qoyduğu adam da eynilə özünün tayıdır: "O sadəcə olaraq zəif bir adamı öz yerinə qoydu ki, görsün hansı formada alver edir. Arif Hacılının və digərlərinin Rauf Arifoğlunu ittiham etməsi yersizdir. Bu gün biz vətəndaş kimi hamımız dövlət başçısının qarşısında dayanmalı və ona hörmət etməliyik. Çünki bu bizim borcumuzdur. Amma Arif Hacılı, İsa Qəmbər kimilər illərlə çörək kəsdiyi adamlara həmişə xəyanət ediblər. Onların satqınlıqları və Leninqiradda qaçıb gizlənmələrinin hamısı bir faktdır. Müsavat partiyasında olanların hamısını bu iki şəxs satıb.Bu gün Rauf Arifoğlu dövlətçilik mövqeyindədirsə onu qınamağın nə əhəmiyyəti var. Gərək hamı satqın olsun? Onlar heç zaman Azərbaycanda sağlam müxalifətin olmasına da imkan verməyiblər. Bu adamlar ancaq özlərini düşünürlər".
sia.az