PDF Oxu

Siyasət

  • 18

Hafiz Hacıyev: "Qəmbərov İsa xarici kəşviyyata işləyən bir adam olub" İTTİHAM

Hafiz Hacıyev: "Qəmbərov İsa xarici kəşviyyata işləyən bir adam olub" İTTİHAM

"Düzünə qalsa, Müsavat Partiyası bu ada saxta yolla yiyələnib. Belə ki, Qəmbərov İsanın Müsavat Partiyası Elçibəy hakiiyyətini yıxan bir partiya oldu. Elçibəy hakimiyyəti dövründə ikitirəlik yaradan da Qəmbərov İsa oldu". Bu fikirləri Müasir Müsavat Partiasının səlri Hafiz Hacıyev SİA-ya açıqlamasında bildirib. Hafiz Hacıyevin sözlərinə görə, Qəmbərov İsa ömrü boyu parçalama mövqeyini tutdu və Elçibəy hakimiyyətini çökdürdü: "Çünki Qəmbərov İsa xarici kəşviyyata işləyən bir adam olub. O, istəməz ki, Azərbaycanda sülh və sabitlik olsun". H.Hacıyev İsa Qəmbərin bu gün Azərbaycanda yox olduğunu bildirdi: "İsa Qəmbər nüfuzdan düşdüyünü, siyasi çöküşünü anladı və Müsavat Partiyasını etnik tərkibli, qeyri-azərbaycanlıya, Arif Hacılıya verdi. Əslində bu partiyada çox hörmətli ziyalılar var idi. Vurğun Əyyub, Sülhəddin Əkbər kimi. Bunların hamısı gördü ki, Arif Hacılı alverlə məşğuldur, çıxıb getdilər".Partiya sədri Rauf Arifoğlu məsələsinə də toxunaraq bildirdi ki, Müsavat Partiyasını partiya edən Rauf Arifoğlu idi, onun qəzeti idi: "Rauf Arifoğlu da gördü ki, bunlar satılıb, o, da özünə konkret mövqe tutdu və öz yolu ilə getməyə başladı. Arif Hacılının Raufu qınamağa, ittiham etməyə haqqı yoxdur. Rauf Arifoğlu dövlətə xidmət edən adamdır. Mən Elçibəyə xəyanət edən hər kəsin maskasını yırtdım, o cümlədən Qəmbərov İsanın və Arif Haclının. Hazırda Müsavat deyilən bir partiya qalmayıb, əvəzində sadəcə məhdud məsuliyyətli cəmiyyət yaradılıb. Orda qalan 5-10 nəfərin partiyaya heç bir aidiyyəti yoxdur. İsa Qəmbər isə hər zaman olduğu kimi, bu gün də xəyanətini davam etdirdi və onun nəticəsidir ki, partiya dağıldı. Rauf Arifoğluna qarşı bu cür təhqiramiz fikirlər səsləndirib onu nüfuzdan salmağa çalışırlar. Raufun elədikləri onların burunlarından gələcək. Düşünürəm Rauf Arifoğlu bu məsələdə daha düzgün pozisiya tutur"

sia.az

Digər xəbərlər