PDF Oxu

Siyasət

  • 20

Mais Səfərli: "Tale Bağırzadə ələ alınmış xarici agentdir"

Mais Səfərli: "Tale Bağırzadə ələ alınmış xarici agentdir"

""Müsəlman Hərəkatı Birliyi"nin sədri Tale Bağırzadə din pərdəsi altında Nardaranda insanları əsarət altında saxlayıb. Ölkəmizin mənafeyini düşünməyən şəxslər xəyanətkar simalardır. Cəmiyyət bu tipli insanlara qarşı həssas olmalı, onlara qarşı mübarizə aparmalıdır. Həmin şəxslər ölkəsinə düşmən olanlardır". Bu fikirləri "Yurddaş" Partiyasınnı sədri Mais Səfərli SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Nardaran hadisələrinə görə həbs edilən Taleh Bağırzadənin məhkəmə prosesinin başlamasına münasibət bildirərkən belə deyib.

M.Səfərlinin sözlərinə görə, Tale Bağırzadə Nardaran hadisələri ilə ölkədə xaos yaratmağa cəhd edib və onun əməllərini terror kimi qiymətləndirmək olar: "Ölkəmizdə sabitliyi pozmağa cəhd edən bu qrupun nümayəndələri nəinki Nardaranda, digər bölgələrdə də hansısa addımlar atmağa cəhd etdilər. Hadisələr zamanı 6 nər dünyasını dəyişdi, bir neçə nəfər yaralandı. Lakin ölkəmizin təhlükəsizliyinin yüksək səviyyədə qorunması nəticəsindən bu cinayəti törədənlər həbs olundu. Bütün bunlar həmin qrupun ölkəmizdə terror hadisəsi törətmək istəyini araşdırmağa əsas verən amillərdir. Əminəm ki, satqın, xəyanətkar kimi bu yolu tutmuş şəxslər layiq olduqları cəzalarını alacaqlar".

M.Səfərlinin sözlərinə görə hal-hazırda məhkəmə prosesi keçirilən T.Bağırzadənin dağıdıcı müxalifət düşərgəsindən müdafiəsinə qalxanlar var: "AXCP-Müsavat kimi partiya yetkiləri məhkəmə prosesini siyasiləşdirirlər. Bu fakt bir daha onların Tale İağırzadə ilə işbirliyində olduğunu təsdiqləyir. Bununla da dağıdıcı müxalifətin dövlətçiliyə və milli maraqlara zərbə vurmaq üçün şeytanın özü ilə belə əməkdaşlıq etməkdən çəkinmədiyini göstərir. Ancaq minlərlə Tale Bağırzadə olsun Azərbaycan dövləti, xalqı reallığı görürür və bu qara qüvvələr ölkəni nikişaf yolundan döndərə bilməyəcək".

sia.az

Digər xəbərlər