PDF Oxu

Siyasət

  • 19

Müsavat bu dəfə "Milli Şura"nı hədəf seçdi

Müsavat bu dəfə "Milli Şura"nı hədəf seçdi

TƏRS BAXIŞ

"Orada qalsaydıq, hələ də mübahisə edəcəkdik"

Müsavat partiyasının rəhbərliyin azı mətbuatın diqqət mərkəzinə çevrilməyin yeni taktikasını tapıb. Belə ki, partiya rəhbərliyi bu və ya digər şəkildə bir neçə il öncə baş verən hadisələri yenidən gündəmə çıxarmaqla siyasi manevrlər etməyə çalışır. Məsələn, son bir neçə gündə Müsavat partiyası rəhbərliyi tərəfindən "Yeni Müsavat" qəzetinin baş redkatoru R.Airfoğlu hədəfə alınmışdı. Onu ittiham atəşinə tutan başqan A.Hacılı nəticə etibarilə və növbəti istefalar bahasına mediada adının hallanmasına nail oldu.

Yadigar Sadıqov bununla demək istəyib ki, "Milli Şura"dan fərqli olaraq, Müsavat partiyası az-çox fəaliyyət göstərir

İndi isə Müsavat rəhbərliyi daha çox hədəf kimi vaxtilə təmsil olunduqları "Milli Şura"nı seçib. Bu gün siyasi ictimaiyyət arasında heç bir nüfuza və təsirə malik olmayan "Milli Şura" haqqında müsavatçıların anidən anti-təbliğat fikirləri səsləndirməsi istər-istəməz maraq doğurub. İctimai rəydə Müsavat partiyasının da digər ənənəvi müxalifət qurumları kimi təsir mexanizmləri olmadığına görə, müvafiq addım atılıb. Məsələ ondadır ki, Müsavat partiyası başqanının müavini Yadigar Sadıqov "Milli Şura"nı tənqid edərkən deyib ki, əgər təmsil olunduğu partiya "Milli Şura"da qalsaydı, indi havada ittiham və təhqirlər uçuşurdu. Sadıqov təmsil olunduğu siyasi təşkilatın referendum üzrə təşəbbüs qrupunu yaratdığını, eləcə də imza toplayaraq, nümayndələr seçildiyini, MSK-ya müraciətin edildiyini bildirib və bununla demək istəyib ki, "Milli Şura"dan fərqli olaraq, Müsavat partiyası az-çox fəaliyyət göstərir.

"Müsavatın "Milli Şura"dan çıxmasının tərəfdarı olmuşam"

Müsavat rəsmisi bu məsələdə "Milli Şura"nın təşəbbüs qrupu yaratmadığını əsas gətirərək, onlara istehzalı münasibət sərgiləyib. O cümlədən, bildirib ki, Müsavat bu gün "Milli Şura"da təmsil olunmaqda davam etsəydi, passivləşəcəkdi. Həmçinin, orada üst-üstə düşməyən fikirlərə görə qarşılıqlı təhqirlər havada uşuşacaqdı: "İndi biz də orada qalsaydıq, bu gün qrupu yaradıb-yaratmamaq barədə hələ mübahisə edəcəkdik. İndi havada ittihamlar və təhqirlər uçuşurdu. Məhz bu səbəbdən, Müsavatın "Milli Şura"dan çıxmasının tərəfdarı olmuşam".

Təbii ki, Müsavat rəsmisinin bu kimi fikirlər səsləndirməsi cavabsız qalmayıb və AXCP sədri Ə.Kərimlinin buyruq qulu hesab ediən Natiq Ədilov (Güləhmədoğlu) Y.Sadıqovu əsassız söz-səhbət yaratmaqda ittiham edib.

Bütün bunlara rəğəmən, fakt budur ki, referendum faktorunun gündəmə gəlməsi uzun müddət səs-səmirləri gəlməyən ənənəvi müxalifəti də ayıldıb və özlərinin təbliği üçün şans əldə olunub. Lakin bu cür özünütəbliğlərin maraqsız, ictimai rəyə heç bir təsiri olmayacağı bəri başdan görünməkdədir. Sadəcə, müxalifət bu vasitə ilə gündəmə çxııb "mən də varam" parinsipi üzrə hərəkət etməyə başlayıb. Təbii ki, bunun da onlara heç bir səmərəsi olmayacaq.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər