PDF Oxu

Siyasət

  • 23

Cümşüd Nuriyev: “Prezidentin bu sahədəki iradəsi, mövqeyi qətidir” AÇIQLAMA

Cümşüd Nuriyev: “Prezidentin bu sahədəki iradəsi, mövqeyi qətidir” AÇIQLAMA

"Rusiya prezidenti Valdimir Putinin Azərbaycana səfərindən sonra artıq açıq görüş başlayacaq. Azərbaycan-İran-Rusiya prezidentləri arasında müzakirələr gedəcək". Bunu SİA-ya politoloq Cümşüd Nuriyev deyib.Onun sözlərinə görə, qabaqcadan da elan olunmuşdu ki, masaya iqtisadi məsələlər yatızdırılacaq: "Amma hər halda konfedensial söhbətlər də olacaq. Bununla belə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi də gündəmə gətiriləcək. Bunun müsbət nəticəsi ehtimalı daha yüksəkdir. Çünki həm Rusiya, həm də İran tərəfi istəyir ki, bölgədə sakitlik olsun, eləcə də bölgəyə başqa xarici siyasi təsirlər azalsın. Əgər ilkin mərhələ kimi Dağlıq Qarabağın ətraf rayonları Azərbaycana qaytarılsa yəqin ki sonrakı mərhələdə blokadanın aradan götürülməsi məsələsi müzakirə olunacaq. Amma bütün hallarda Putinin verdiyi bəyanat məni bir qədər narahat edir. Çünki bəyanatda çıxış yolu göstərilmir".C.Nuriyev əlavə edib ki, Azərbaycan prezidentinin bu sahədəki iradəsi, mövqeyi qətidir: "Hər halda İranın də sərhədi işğal altındadır. Müəyyən mənada bölgədə Türkiyədəki dövlət çevrilişinə cəhdən sonra situasiya dəyişib və yeni siyasi düzəm formalaşmağa başlayıb. Ona görə də ümid edirik ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına maneçilik törətməyəcək. Bu ehtimal hazırda 80 faizdir ki, Dağlıq Qarabağın ətraf rayonlarının ən azı 5-6-sı Azərbaycana qaytarılacaq".

sia.az

Digər xəbərlər