"Əgər biz tarixi nəzər salsaq görərik ki, Azərbaycan və Ermənistan prezidentləri mütəmadi səviyyədə deyil, əksinə müəyyən intervallarla görüşlər keçirirlər. Yəni bu, Azərbaycan tərəfinin konstruktiv yolda olduğunu göstərir". Bunu SİA-ya beynəlxalq ekspert Tamerlan Vahabov deyib.Onun sözlərinə görə, bütün bu proseslər ölkəmizin danışıqlara hələ də açıq olduğunu nümayiş etdirir: "Baxmayaraq ki, bu ilin aprel ayında təmas xəttində Azərbaycan ordusu öz gücünü Ermənistana göstərdi. Yəni bu, Azərbaycanın mövqeyidir".Ermənistan tərəfinin mövqeyinə gəlincə ekspert əlavə edib ki, rəsmi İrəvandakı son hadisələr Ermənistan hakimiyyətinin zəifliyini göstərdi: "Ermənistandakı aksiyaların başlanmasının başlıca səbəblərindən biri də Dağlıq Qarabağ məsələsidir. Bunların hamısını nəzərə alaraq Serj Sarkisyanın daha konstruktiv mövqe tutmağına ümid var. Yalnız bu onun xoş niyyətindən deyil, əksinə Azərbaycanın apardığı hərbi, siyasi, iqtisadi siyasətin nəticəsidir".
sia.az