PDF Oxu

Siyasət

  • 15

Elman Türkoğlu: "Əli Kərimli Azərbaycan müxalifətinin həyasızlıq simvoluna çevrilib"

Elman Türkoğlu: "Əli Kərimli Azərbaycan müxalifətinin həyasızlıq simvoluna çevrilib"

"Azərbaycan müxalifətinin həyasızlıq simvolu olan Əli Kərimlinin yaramazlıq imicinə Türkiyədə dövlət çevrilişinə cəhd etmiş Fətullah Güllə əməkdaşlığı da əlavə olunur". Bunu SİA-ya açıqlamasında "bayraqdar" kimi tanınan Elman Türkoğlu deyib.

"Baş bayraqdar" hazırkı məqamda Rauf Arifoğlu ilə Arif Hacılı arasında baş verən qarşıdurma fonunda Müsavatda kütləvi istefaların baş verəcəyini deyib: "Artıq bu proses baş verməkdədir. Bu günlərdə Müsavatın Qaradağ rayon təşkilatının sədrinin istefa verməsi və bunun ardınca növbəti istefaların da baş verəcəyi danılmazdır. Bunun da səbəbi heç bir idarəetmə qabiliyyəti olmayan Arif Hacılının Müsavat bvşqanlığına gətirilməsidir. Gərək İsa Qəmbər belə kobud səhvə yol verməyəydi. Amma artıq gecdir. Müsavtdan istefalar Arif Hacılı gedənə qədər davam edəcək".

sia.az

Digər xəbərlər