PDF Oxu

Siyasət

  • 25

Mübariz Əhmədoğlu: “Bakı sammiti Avrasiya materiki üçün bir formuldur”

Mübariz Əhmədoğlu: “Bakı sammiti Avrasiya materiki üçün bir formuldur”

Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakı sammiti Avrasiya materikində sabitliyin vacib bünövrəsindən biridir. Bunu SİA-ya açıqlamasında prezidentlərin üçtərəfli görüşünü şərh edən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.O xatırladıb ki, bu ideyanın müəllifi prezident İlham Əliyevdir: "Regionun tarixində həssas məsələlər var və onlar böyük partlayış yarada, xaos mənbəyinə çevrilə bilərdi. Prezident bu ideyanı irəli sürməklə İran və Rusiya arasındakı münasbətləri qarşıdurmadan əməkdaşlıq cinahına çevirdi. Əslində Bakı sammiti bütövlükdə Avrasiya materiki üçün bir formuldur. Üç dövlət arasındakı əməkdaşlıq bütün Avrasiyada baş verən proseslərə istiqamət verəcək".Politoloq deyib ki, region onsuz da xaosla doludur, ətrafında kifayət qədər ciddi proseslər baş verir: "Baxmayaraq ki, Azərbaycan öz parametrlərinə, əhalisinin sayına, ərazisinə görə İran və Rusiya ilə müqayisə edilcək dövlət deyil, amma bərabər surətdə bu iki dövlətlə birgə bütövlükdə Avrasiya materiki üçün təhlükəsizlik, sabitlik formulu ortaya qoydu. Avrasiya materikində sabitlikdirsə, deməli, dünyada sabitlikdir. Ona görə də mən Azərbaycan prezidentinin bu ideyasının reallaşmasını dünyanın geostrateji sabitliyi üçün töhfə hesab edirəm. Həmçinin, bu, Azərbaycana bu günə qədər olan baxışı müsbətə doğru bir qədər də dəyişəcək".M.Əhmədoğlu rəsmi Bakının iri geosiyasi layihələr reallaşdırmaqda təcrübəsinin olduğunu xatırladıb: "Bakı böyük neft-qaz layihələrinin müəllifi olmaqla yanaşı, beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edib. Amma üçtərəfli görüş dünya çapında verilmiş bir ideyadır və onun rellaşmasına da dünya miqyasında baxmaq lazımdır".

Bakı sammitinin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsirinə gəlincə, politoloq bildirib ki, Azərbaycan bu gün dünyanın taleyini həll edir: "Beynəlxalq aləmdə ölkəmiz tamamilə yeni bir obrazda tanınmağa başlayıb. Bütün dünya Azərbaycan və Ermənistanın fərqli dövlətlər olduğunu görəcək. Biz Rusiya, İranla birgə layihələr həyata keçirib, onları maliyyələşdiririk. Şimal-Cənub dəmiryol marşurutunun böyük hissəsini Azərbaycan maliyyələşdirir. Bu, Ermənistan və onun havadarları üçün böyük dərsdir. Eyni zamanda Ermənistan çox böyük gələcək perspektivlərdən məhrum olub. Bu da yaxın zamanlarda istər-istəməz özünü Dağlıq Qarabağ məsələsində də göstərəcək. Bakı sammitinin yekun bəyannaməsində var ki, regiondakı münaqişələr beynəlxalq hüquq normaları əsasında tezliklə həll olunmalıdır. Beynəlxalq hüquq normalarının da birincisi ərazi bütövlüyü prinsipidir".

sia.az

Digər xəbərlər