PDF Oxu

Siyasət

  • 20

Mövlud Çavuşoğlu: “Bu məsələdə fikir ayrılıqlarımız var”SURİYA BÖHRANI

Mövlud Çavuşoğlu: “Bu məsələdə fikir ayrılıqlarımız var”SURİYA BÖHRANI

"Ankara və Moskva Suriya böhranının həll olunması istiqamətində effektiv mexanizm üzərində işləyir". SİA xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Anadolu agentliyinə müsahibəsində bu barədə fikirlərini bildirib."Daha öncə bizdə Suriya məsələsi üzrə Rusiyanın hərbçiləri, XİN və kəşfiyyatı ilə iş mexanizmimiz olub. Bu gün həmin strukturların nümayəndələri Rusiyaya gedərək danışıqlara başlayacaqlar"-deyə Çavuşoğlu bildirib.Nazir deyib ki, gələcəkdə daha effektiv müxanizmlər və yüksək səviyyəli əlaqələr planında işlər aparılacaq.Türkiyə və Rusiyanın Suriya böhranının siyasi həlli ilə bağlı fikirlərini bildirən türkiyəli nazir deyib ki, burada bənzərliklər mövcuddur: "Bizim Suriya böhranının siyasi həlli istiqamətindəki yanaşmamızda, eləcə də atəşkəsin əldə olunmasında, humanitar yardımın çatdırılmasında bənzərliklərimiz var".Bəşər Əsədin Suriya Ərəb Respublikasının prezidenti kimi hakimiyyətdə qalmasına gəlincə, Çavuçoğlu vurğulayıb ki, bu məsələdə fikir ayrılıqları qalmaqdadır. "Lakin bir-birimizi tənqid etməmiz yerinə bu mövzuda dialoq mühitini yaxınlaşdırmaq, bu istiqamətdə imkanları araşdırmaq, suallara cavab tapmaq lazımdır"-deyə qeyd edən Çavuşoğlu sonda bildirib ki, Türkiyə və Rusiya Suriya probleminin həlli üçün töhfələrini verəcək: "İlk növbədə biz qısa müddət ərzində Suriyada atəşkəsin əldə olunmasına nail olmalıyıq"

sia.az

Digər xəbərlər