PDF Oxu

Siyasət

  • 17

Çavuşoğlu: “Dağlıq Qarabağ münaqişəsinin həllində üzərimizə düşəni edəcəyik”

Çavuşoğlu: “Dağlıq Qarabağ münaqişəsinin həllində üzərimizə düşəni edəcəyik”

Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli formatının yaradılması Bakıya son səfərim zamanı günəmə gəldi. SİA-nın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Anadolu" agentliyinə müsahibəsinnə deyib.XİN rəhbəri bu mövzunun Türkiyə prezidenti Rəcəb Tayyib Əroğanın Rusiyaya səfəri zamanı da müzakirə olunduğunu və çox müsbət qarşılandığını bildirib.M.Çavuşoğlu əlavə edib ki, hazırda Qafqazın təhlükəsizliyinə ciddi təhdid olan Qarabağ problemi var: "Biz bu məsələnin həlli üçün əvvəllər də səy göstərdik. Rusiya səhdlər edir. Eyni zamanda ATƏT-in Minsk qrupunun da səyləri davam edir. Rusiyanın təkliflərinə baxdıqda, görürük ki, bu bizim illər öncə Ermənistana etdiyimiz təkliflərdir. Rusiya və azərbaycanlı qardaşlarımız Türkiyənin bu məsələyə töhfə verməsini istəyir. Biz də regionun təhlükəsizliyi və gələcəyi üçün bu məsələnin həlli istiqamətində üzərimizə düşəni edəcəyik. Üçtərəfli mexanizm çərçivəsində də dəyərləndirmə imkanımız olacaq".

sia.az

Digər xəbərlər