PDF Oxu

Siyasət

  • 29

Səxavət Əlisoy: "Arif Hacılı istefa verməlidir"

Səxavət Əlisoy: "Arif Hacılı istefa verməlidir"

"Çünki onun başqan olması müsavatçılara həqarətdir"

"Müsavat Partiyasında belə bir ziddiyyətin baş verəcəyinə əmin idim. Çünki bu şəxsin Müsavat başqanı olması müsavatçılara həqarətdir". Bu fikiri SİA-ya açıqlamasında sabiq Müsavat funksioneri Səxavət Əlisoy bildirib.

S.Əlisoy vurğulayıb ki, hələ partiyanın 8-ci qurultayında Arif Hacılı saxta yolla başqan seçilərkən demişdim: "Partiyada ya ləyaqət, ya da ləyaqətsizlik qalmalıdır. Hər ikisinin birlikdə fəaliyyəti əsla mümkün olan iş deyil. Ləyaqətsizlərin isə rəy bildirməsinə ehtiyac yoxdur və Arif Hacılı kimilər belə şeyləri anlamaz".

Keçmiş partiya funksioneri, həmçinin A.Hacılıya məsləhət verməyi də unutmayıb: "Ümumiyyətlə, Arif Hacılı Müsavata aftoritar rejim tətbiq etmək istəyib. Bu rejim onsuz da cizli şəkildə orada var idi və indi daha açıq xarakter alıb. Başqan seçildiyi gündən bu günə kimi, A.Hacılının hər hansı bir fikirlərinin əksini deyənlər Müsavat Partiyasından uzaqlaşdırılır. Çünki bu şəxs özünü keçmiş SSRİ dövründəki raykomun birinci katibi kimi sayır. Əgər araşdırma aparılarsa görərsiniz ki, A.Hacılının ətrafında bir nəfərdə olsun azad söz, fikir, plüralizmə üstünlük vermir. Bu şəxs demokratiyadan dəm vurur amma fikir, söz azadlığına görə, özəl fikrini ortaya qoyanları partiyadan uzaqlaşdırmaq haqqında göstəriş verir. Biz bunu hesablamışıq və bilirik. Yəqin ki bu proses bütün müsavatçıları ayıldacaq. Görünür, artıq Müsavatda ayılma və oynama prosesi başlayıb. İnanıram ki, yaxın günlərdə A.Hacılını anti-dempkratik mövqelərinə görə Müsavatdan qovacaqlar".

sia.az

Digər xəbərlər