PDF Oxu

Siyasət

  • 26

Musa Quliyev: Proqramlar öz bəhrəsini verməkdədir

Musa Quliyev: Proqramlar öz bəhrəsini verməkdədir

"Azərbaycanın daxili iqtisadiyyatı yüksəlməkdədir. Regionların sosial-iqtisadi inkişafı proqramları və qeyri-neft sektorunun inkişafına dair layihələr öz bəhrəsini verməkdədir". Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, qeyri-neft sektorunun inkişafı Azərbaycan iqtisadiyyatının dayanıqlılığından xəbər verir. Onun sözlərinə görə, Azərbaycan beynəlxalq investorlar üçün cəlbedici ölkə olaraq qalır.

"Bu da onu göstərir ki, ölkəmizdə möhkəm ictimai-siyasi sabitlik var, iqtisadi dayanıqlılıq var və ölkənin hüquq sistemi, aparılan siyasət beynəlxalq biznesin Azərbaycanda genişlənməsinə uyğun şəraiti yaradır. Qeyri-neft sektoru, xüsusən kənd təsərrüfatı, turizm, İKT sahəsində əldə edilən nailiyyətlər növbəti illərdə də davam edəcək və ölkə əhalisinin sosial rifahının yüksəlməsinə səbəb olacaq"- deyə, M.Quliyev vurğulayıb.

yap.org.az

Digər xəbərlər