PDF Oxu

Siyasət

  • 32

BAXCP rəsmisi: “Əli Kərimli Rusiyanın layihəsində əsas rol oynayır” AÇIQLAMA

BAXCP rəsmisi: “Əli Kərimli Rusiyanın layihəsində əsas rol oynayır” AÇIQLAMA

"Taleh Bağırzadə "Milli Şura"nın rəsmən üzvüdür. "Milli Şura"nı 2013-cü ildə Rusiya yaradıb. Rusiyanın bu layihəsinə Azərbayanda fəaliyyət göstərən iranpərəst şəxslər də cəlb edilmişdi. O cümlədən də Taleh Bağırzadə. Bu qüvvələr Əli Kərimli ilə yaxından əməkdaşlıq edirlər. Onların bir məqsədi olub. Azərbaycanda sabitliyi pozmaq və insanları meydanlara toplamaq və bundan sonra hakmiyyəti ələ almaq". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.Sədr müavinin sözlərinə görə, Taleh Bağırzadə və Əli Kərimlinin maraqları o idi ki, ölkədə xaus yaransın: "Onların birgə planı baş tutmayıb. Maraqlıdır ki, Taleh Bağırzadə adlı şəxsin dağıdıcı müxalifət ünsirləri və eləcə də Əli Kərimli, Türkiyədə dövlət çevrilişinə cəhd göstərmiş Fətullah Gülənçilərdə müdafiə edirlər. Fətullah Gülənə əsas dəstək verən Qərbdir. İndiki vəziyyətdə Əli Kərimli və başqaları Fətullah Gülənə dəstək verməklə özlərini "qərpərəst" qüvvə kimi göstərmək istəyirlər. Ancaq unudur ki, həmin xaricilər çox yaxşı bilir ki, Əli Kərimli Rusiyanın layihəsində əsas rol alanlardan biridir. Əli Kərimli lazım olanda, "qərppərəst", "rusiyapərəst", "iranpərəst" ola bilər".

sia.az

Digər xəbərlər