PDF Oxu

Siyasət

  • 27

İcmalçı: “Rusiya Ermənistanı dəstəkləmədi” AÇIQLAMA

İcmalçı: “Rusiya Ermənistanı dəstəkləmədi” AÇIQLAMA

"Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Azərbaycan tərəfi hücuma keçərsə onlara Rusiyanın dəstək olacağı ilə bağlı açıqlaması erməni cəmiyyətinə - daxilə hesablanmış təbliğat xarakterli bəyanatdan başqa bir şey deyil. Yəni tam olaraq cəfəngiyyatdır". Bunu SİA-ya hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib.Onun sözlərinə görə, 1990-cı illərin əvvəllərində Rusiyanın bəzi hərbi dairələrinin erməni separatçılarına açıq köməyinin şahidi olsaq da bu günki vəziyyət bu fikrə gəlməyimizə əsas vermir: "Əvvəllcə ona görə ki, Rusiya Azərbaycana olan münasibətini son illərdə dəfələrlə açıq şəkildə göstərib və ərazi bütövlüyümüzü tanıdığını bəyan edib. Bunun aprel ayının əvvəlində Dağlıq Qarabağda baş verən döyüşlərdə də şahidi olduq. Yəni Rusiya Ermənistanı dəstəkləmədi, yalnız atəşkəsin bərpa olunmasına çalışdı. Digər tərəfdən bir neçə gün öncə Bakıda Azərbaycan-Rusiya-İran prezidentlərinin görüşündə də bizim mövelərimizin möhkəmləndiyini gördük". R.Məmmədli əlavə edib ki, əgər Ohanyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi Rusiyanın hərbi dəstəyinə ümidlidirsə, burada da yanılır: "Birincisi, aprel döyüşlərində həmin təşkilata üzv ölkələr Ermənistanı nəinki dəstəkləmədi, hətta Azərbaycan ərazilərini işğal altında saxladığına görə qınadı. İkincisi, Azərbaycan bu təşkilata üzv olmasa da 1993-cü ilin sentyabrında MDB-nin tamhüquqlu üzvü olduqdan sonra Kollektiv Təhlükəsizlik haqqında müqaviləyə qoşulub. Qeyd olunan təşkilat isə bu müqavilənin əsasında yaranıb. Lakin həmin müqavilənin şərtləri öz qüvvəsindədir. Bir sözlə Ermənistan Rusiya ilə hansı formada əməkdaşlıq edirsə, Azərbaycanın da təhlükəsizlik məsələsində Rusiya ilə sazişi var.Bundan başqa Azərbaycan hərbi əməliyyatları Ermənistan Respublikasının ərazisində deyil, beynəlxalq hüququn imkan verdiyi kimi öz ərazisində aparır və aparacaq. İnanmıram ki, Rusiya hazırkı vəziyyətdə Azərbaycan kimi etibarlı tərəfdaşa qarşı düşmənçilik etmək niyyətinə düşsün. Əksinə, Rusiya bu gün Azərbaycanla çox sıx əlaqələrin qurulmasında maraqlıdır. Prezident Vladimir Putinin Dağlıq Qarabağ münaqişəsinin həllinə göstərdiyi səylər də bundan xəbər verir. Yəni Seyran Ohanyan erməni cəmiyyətinin "başının altına yastıq qoymaq"la məşğuldur".

sia.az

Digər xəbərlər