PDF Oxu

Siyasət

  • 24

Deputat: “Ermənilər uduzduqlarını anlayaraq yaramazlıqlara əl atırlar” MÜNASİBƏT

Deputat: “Ermənilər uduzduqlarını anlayaraq yaramazlıqlara əl atırlar” MÜNASİBƏT

"Livanda Azərbaycan və Türkiyə bayraqlarını ayaq altına salıb tapdalayanlar əllərində tutduqları əski parçasından da göründüyü kimi ermənilərdir. Ümid edirəm ki, bu yaramazlığın bizdə böyük narazılıq doğurduğu diplomatik kanallarla Livan rəsmlərinə çatdırılacaq". SİA-nın məlumatına görə, bu barədə millət vəkili Sahib Alıyev deyib.Onun sözlərinə görə, burada diqqət yetirməli bir məqam da var: "Bu da ondan ibarətdir ki, ermənilər bizim bayraqları elə-belə ayaq altına salıb tapdalamırlar. Artıq uduzduqlarını, işğal altındakı torpaqlarımızı əllərində saxlaya bilməyəcəklərini anlayıb bu cür yaramazlıqlara əl atırlar. Terror və belə alçaq hərəkətlər - budur "Böyük Ermənistan" ideoloqlarının bacardıqları".

sia.az

Digər xəbərlər