PDF Oxu

Siyasət

  • 20

Zirvə görüşü regiona sülh və əmin-amanlıq vəd edir

Zirvə görüşü regiona sülh və əmin-amanlıq vəd edir

Məlum olduğu kimi, Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli zirvə görüşü keçirildi. Dünyanın aparıcı KİV-lərinin diqqət mərkəzində olmuş bu görüş regionda təhlükəsizliyin təminatında, regional layihələrin həyata keçirilməsində, iqtisadi layihələrin icrasında əhəmiyyətli rola malik olduğu bildirilir. Söhbət etdiyimiz müsahiblərimiz zirvə görüşünün keçirilməsinin regionda yeni əməkdaşlığa yol açdığını bildirdilər.

Millət vəkili Fəzail İbrahimli: "Prezident İlham Əliyevin təşəbbüsü ilə üçtərəfli Zirvə görüşünün keçirilməsi Azərbaycanın bir daha balanslaşdırılmış bir siyasət yeritdiyinin ifadəsidir "

- Azərbaycan, İran və Rusiya prezidentlərinin Bakıda keçirilən üçtərəfli Zirvə görüşünü yüksək qiymətləndirmək olar. İndiki vaxtda, dünyandan silah qoxusu gəldiyi, hədə-qorxu dilində danışıldığı və Yaxın Şərqdəki, Avropa dövlətlərindəki vəziyyət, o cümlədən Türkiyədəki dövlət çevrilişinə cəhd və Rusiya-Amerika qarşıdurması və sair kimi məsələlərin baş verdiyi bir məqamda, qonşu dövlətlərin münasibətlərinin yaxşı olması region çox böyük əhəmiyyət kəsb edir. Azərbaycan üçün Şimaldan və Cənubdan olan qonşularımızın taleyi ilə bağlı məsələlərdə həmişə önəmli yer tutub. İstər mənfi, istərsə də müsbət mənada. Ona görə də, Prezident İlham Əliyevin təşəbbüsü ilə üçtərəfli Zirvə görüşünün keçirilməsi Azərbaycanın bir daha çox balanslaşdırılmış bir siyasət yeritdiyinin ifadəsidir. Dövlətimizin xarici siyasətinin ən uğurlu addımlarından biridir. Azərbaycanda sülhün, əmin-amanlığın bərpa olunmasına deyil, bütün regionda sülhün əmin-amanlığın bərpa olunmasına rəvac verə biləcək bir addımdır. Bu baxımdan da, bu addım çox yüksək qiymətləndirilir. Bir sözlə, dünyanın diqqətini özünə cəlb edən bir addımdır. Uzun illərdən bəri aparılan xarici siyasətin ən uğurlu nəticələrindən biridir.

Politoloq Elçin Mirzəbəyli: "Zirvə görüşü sülhə və əmin-amanlığa öz töhfəsini vermək üçün imkanlar yaradıb "

- Bakıda keçirilən üçtərəfli Zirvə görüşünün keçirilməsi və bu toplantı zamanı əldə olunan nəticələr prinsip etibarilə regioda yeni əməkdaşlığa yol açır, iqtisadi əməkdaşlığın prespektiv sərhədlərini daha da genişləndirir, sülhə və əmin-amanlığa öz töhfəsini vermək üçün imkanlar yaradıb. Bu baxımdan, Zirvə toplantısının dünyanın diqqət mərkəzində olması və eyni zamanda, müzakirə olunan məsələlərin Ermənistan tərəfinin xüsusi narahatçılıqla izləməsi də Zirvə görüşünün nə qədər böyük əhəmiyyət daşıdığını nümayiş etdirir. Diqqət yetirsəniz, görərsiniz ki, bir necə istiqamətdə razılaşmalar əldə olunub. İlk növbədə, ayrı-ayrı sahələr üzrə işçi qrupları yaradılıb ki, bu da əməkdaşlığın davamlı olacağı anlamına gəlir və bütün sahələri əhatə edəcəyini ortya qoyub. Digər amil isə yeni nəqliyyat dəhlizləri ilə bağlı olan məsələdir. Şimal- Cənub Nəqliyyat Dəhlizi hər üç dövlətin həyatında çox önəmli bir hadisədir. Bu, həm İran, həm Rusiya üçün mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Azərbaycanın bir sabit ölkə kimi əhəmiyyətini daha da artırır. Üç dövlətin Xəzərdə bir sıra istiqamətlərdə əməkdaşlıqla bağlı əldə etdiyi razılaşma isə Xəzərin hüquqi statusu ilə bağlı konvensiyada ciddi irəliləyişlərə zəmin yaradacaq. Bu baxımdan, bütün istiqamətlərdə, o cümlədən regionda sabitliyin və təhlükəsizliyin təmin olunması istiqamətində bu keçirilən Zirvə görüşünün əhəmiyyəti böyükdür.

GÜLYANƏ

Digər xəbərlər