PDF Oxu

Siyasət

  • 30

Türkiyəli diplomatlar Rusiya və ABŞ-a qaçıb

Türkiyəli diplomatlar Rusiya və ABŞ-a qaçıb

Türkiyənin Banqladeşdəki səfirliyinin əməkdaşı Rusiyaya, müvəqqəti işlər vəkili Əhməd Gürbüz və başqa bir diplomat isə ABŞ-a qaçıb. SİA xəbər verir ki, bu barədə Daily Star diplomatik mənbələrə istinadən məlumat verib.Nəşrin məlumatına görə, onlar Türkiyədə çevrilişə cəhddə iştirak etməkdə şübhəli bilinirlər. Rəsmi Ankara Banqladeşdəki səfirliyin üç əməkdaşını geri çağırıb. Rusiyaya qaçan diplomat ailəsini də özü ilə götürüb.Banqladeşin Xarici İşlər Nazirliyindəki mənbə bildirib ki, Ankara onların hər üçünün diplomatik pasportunu ləğv edib.

sia.az

Digər xəbərlər