PDF Oxu

Siyasət

  • 17

PROQNOZ: müxalifəti növbəti bəla gözləyir

PROQNOZ: müxalifəti növbəti bəla gözləyir

Birmənalı şəkildə demək olar ki, bu gün dünyada hökm sürən maliyyə və iqtisadi böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. Siyasi sabitlik və iqtisadi potensial Azərbaycan iqtisadiyyatını böhrana qarşı dayanıqlı edib, ölkəmizi ən yaxşı inkişaf perspektivlərinə malik dövlətlərdən birinə çevirib. Azərbaycanın beynəlxalq aləmdə rolu və nüfuzu getdikcə artmaqdadır. Bu da, təbii ki, aparılan düzgün, məqsədyönlü siyasətin bəhrəsidir. Amma təəssüflər olsun ki, bəzi xarici ölkələrlə yanaşı, daxili qüvvələr sırasında yer alan məkrli qüvvələr də əldə olunan nailiyyətlərə kölgə salmağa, müəyyən hallarda isə uğurla davam edən prosesləri ləngitməyə çalışırlar. Bu xislətdə və xarakterdə olan ünsürlər, təbii olaraq, "sapı özümüzdən olan baltalar" və ya "erməni dəyirmanına su tökənlər" adlandırılır. Araşdırmalar təsdiq edir ki, dağıdıcı müxalifətin ölkədəki ictimai-siyasi sabitliyi pozmağa cəhd etməsi, əldə olunan uğurlara, demokratik nailiyyətlərə kölgə salmağa cəhd etməsində yenə də xarici maraqlı qüvvələrin rolu və dəstəyi var. Bu cür əməllərin müqabilində isə dağıdıcı müxalifət xarici ağalarından külli miqdarda maliyyə yardımları alır. Bunu bu günlər istintaqa cəlb olunan "REAL" Hərəkatının icra katibi Natiq Cəfərli də etiraf edib. O, istintaqa verdiyi izahatında "REAL"-ın sədri İlqar Məmmədovun köməkliyi ilə xaricdən 70 min dollardan artıq pul aldıqlarını bildirib. Təbii ki, alınan pullar İsmayıllı rayonunda qarşıdurmalar yaratmağa, müəyyən yerlərdə pozuculuq aktları törətmək üçün ayrılıb. Amma Azərbaycan güclü, inkişaf edən ölkədir, hər cür təxribatların qarşısını almağa qadir olan hüquq-mühafizə orqanları mövcuddur. Bu baxımdan İ.Məmmədovun, T.Yaqublunun, N.Cəfərlinin və digərlərinin pozuculuq əməllərinin qarşısı dərhal alındı və onlar həbs olunaraq, ədalət mühakiməsinə təhvil verildi.

Müxalifətdaxili intiriqlar genişlənir

Müxalifətin xarici maraqlı qüvvələrlə birləşərək ölkə əleyhinə iş aparması daxildə ciddi narahatlıqlar və narazılıqlar yaradıb. Baş verən istefaların əksəriyyəti də bu səbəblə əlaqələndirilir. İstefa verən şəxslər açıq şəkildə partiya liderlərini siyasi qabiliyyətsizlikdə və səriştəsizlikdə ittiham edirlər. Bu, azmış kimi partiyalararası rəqabət, bir-birini sıradan çıxarmaq məsələləri də müxalifət düşərgəsində gərginlik yardan, istefalara səbəb olan amillərdəndir. Amma maraqlıdır ki, bəzi ağzıgöyçək partiya yetkililəri partiyalararası qarşıdurmanı təbii hal kimi qiymətləndirməyə çalışırlar. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirib ki, müxalifət daxilindəki qarşıdurmaları təbii qarşılamaq lazımdır: "Rəqabət təkcə iqtidar-müxalifət müstəvisində olmur. Həm də eyni elektorat uğrunda iddialı olan siyasətçilər arasında da rəqabət və gərginlik var. Bu da normaldır. İdmanda, şou-biznesdə və ticarətdə rəqabət yoxdurmu? Cəmiyyət rəqabət əsasında formalaşır. Bəzən güclü şir gəlib qoca şiri ailədən qovur, onun övladlarını məhv edir. Bu, təbiətin və cəmiyyətin inkişaf etməsi üçün vacib şərtdir. Odur ki, rəqabət şəraitində yaşayan qüvvələrin bir-birinə qarşı ittihamları təbii qarşılanmalıdır".

Siyasi şərhçilərin gəldikləri qənaətə görə, müxalifət düşərgəsində ən çox çəkişmələr, qarşılıqlı ittihamlar "Milli Şura" daxilində və ya "Milli Şura" ilə hansısa partiya arasında gedir. Bu da "Milli Şura"nın müxalifətin dağılması üçün əsas rupor rolunu oynadığı anlamını yaradır. "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib ki, "Milli Şura" birləşdirici yox, ayırıcı bir formatdır: "Milli Şura"da konfliktlər, onu təsis edən partiyaların bir-birinə qarşı verdiyi bəyanat və ittihamlar heç düşmənlər arasında da olmur. "Milli Şura"nı təsis edən qurumların bir yarısı digər yarısına qarşıdır". R.Arifoğlunun sözlərinə görə, "Milli Şura"nın bir sessiyası olmadı ki, tam həmrəylik şəraitində keçsin. "Təlatümlər indi də davam edir. Bu baxımdan, "Milli Şura" layihəsi Azərbaycana, onun müxalifətinə problemdən başqa heç nə vermədi".

R.Arifoğlunun yanaşmasını haqlı, mövqeyini isə əsaslı hesab etmək olar. "Milli Şura" birləşdirici deyil, dağıdıcı funksiyanı yerinə yetirməkdədir. Bu funksiyanı layiqincə həyata keçirən Ə.Kərimli, C.Həsənli və digərləri müxalifətin axırına çıxmaqdadırlar. Yəqin ki, cox çəkməz "Milli Şura"nın dağılması fonunda bir-birinə rəqib olan partiyaların da buraxılması barədə bəyanatlar eşidilər. Bu, qaçılmazdır və əks-mövqe düşünməyə də dəyməz.

İ.ƏLİYEV

Digər xəbərlər