Amerikanın səfiri Robert Sekuta ABŞ- ı Azərbaycanda təmsil edir. Hər bir diplomat beynəlxalq normalara hörmətlə yanaşmalı və çalışdığı ölkədə gizli fəaliyyətlə məşğul olmamalıdır. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov səfir Robert Sekutanın REAL hərəkatının İdarə Heyətinin üzvləri ilə qapalı görüşünə münasibət bildirərkən deyib. Millət vəkili bildirib ki, səfir Sekutanın REAL Hərəkatının İdarə Heyətinin üzvləri ilə qapalı görüş keçirməsi, Natiq Cəfərli və İlqar Məmmədovun həbslərinin müzakirə edilməsi ilə əlaqədar məlumatlar yayılır:"Əgər səfir belə gizli görüşlər keçirisə, bunu ancaq dövlətimizin daxili işlərinə qarışmaq kimi başa düşmək olar. Gizli görüşlərin məqsədi heç də ölkəmizə olan istəkdən irəli gəlmir. Əgər kimlərləsə görüş keçirmək istəyirsə , bu, niyə qapalı olmalıdır. Yəni, belə başa düşmək olar ki, keçirilən qapalı görüşdə böyük əhəmiyyətli taleyüklü məsələlər müzakirə olunub? Xeyir, bu heç də belə deyil. Qapalı görüş keçirilirsə, bunu Azərbaycanıdakı siyasi sabitliyinin gözü götürməməzliyi kimi başa düşürəm. Mən, ölkəmizdə təmsil olunan hər bir diplomatın Azərbaycan dövlətinə, qanunlarına hörmətlə yanaşmagını istəyirəm. Bu, Azərbaycan xalqına hörmətlə yanaşma deməkdir".
sia.az