"Son zamanlar Ermənistanda mitinqlərin müəyyən qədər nisbi sakitliyə keçməsi, daha çox tələbələrin gəlişinin gözlənilməsi ilə bağlıdır. Çünki, erməni saytları da qeyd edir ki, onların əsas gücü tələbələrdir". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.O bildirib ki, Ermənistanda vəziyyət sentyabr ayında yenidən gərginləşəcək: "Ümumiyyətlə, son günlər Ermənistanda baş verənləri sakitlik kimi qələmə verməzdim. Bu, daha çox tufanqabağı sakitliyə bənzəyir. Hadisələrin gedişatı da göstərir ki, sentyabr, oktyabr aylarında Ermənistanda yenidən mitinq dalğasının güclənəcək".C.Nuriyev qeyd edib ki, Ermənistan cəmiyyətinin əsas tələbi Serj Sarkisyanın istefası ilə bağlıdır: "Düşmən ölkədə baş verənlər göstərdi ki, düşmən ölkə həm Səfilyanla, həm də baş nazirin istefasının tələbi ilə bağlı məsələdə bu məsələlərdə kifayət qədər ikiüzlü mövqe tutur. Təbii ki, bütün bunların Serj Sarkisyanın yarıtmaz siyasəti ilə bağlıdır. Çünki, o, kifayət qədər yalançı, ikiüzlü və riyakardır. Ermənistanda bunu dərk edən kifayət qüvvələr var. Xüsusilə də ölkə müxalifəti onu qəbul etmək istəmir. Lakin burada digər məsələ var ki bud a Dağlıq Qarabağla bağlıdır. Belə ki, Ermənistan cəmiyyətinin Sarkisyanın istefasını istəməsində Dağlıq Qarabağ münaqişəsinin həllinin növbəti dəfə təxirə salmağa cəhd etmək dayanır. Lakin Azərbaycan prezidentinin problemin həlli ilə bağlı mövqeyi ortadadır. Ermənistanda çevriliş olsa belə, bizim mövqeyimiz dəyişilməzdir".
sia.az