PDF Oxu

Siyasət

  • 11

“Heç bir dövlət Qarabağda əməliyyat apara bilməz”

“Heç bir dövlət Qarabağda əməliyyat apara bilməz”

"Ermənistan heç vaxt müstəqil dövlət olmayıb. Bu dövlət Rusiyanın "for-post"u olmaqda davam edir". Bunu SİA-ya açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli Rusiya və Ermənistanın birləşmiş qoşun qruplaşması yaratmasını şərh edərkən bildirib.Onun sözlərinə görə, belə bir qoşun qruplaşmanın yaradılması o deməkdir ki, Rusiya öz quberniyalarından biri ilə bu addımı atacaq: "Ermənistanda ordu yoxdur, işğalçı öıkənin beş-altı hərbçisini daxil etməklə guya birgə nə isə yaratdıqlarını nümayiş etdirəcəklər. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının aprel hadisələri zamanı nə rolu oldu ki, sabah hansısa bir hadisə baş versə, həmin hərbi birləşmənin bölgədə təsirləri olsun. Qarabağ Azərbaycanın ərazisidir, bunu Rusiya da, bütün dünya da tanıyır və qəbul edir".Ekspert əlavə edib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək hüququ var və aprel hadisələri zamanı bunu bir daha sübut etdi: "Sabah cəbhədə belə hadisə olsa, hansısa bir dövlət gəlib Qarabağda Ermənistan və yaxud da separatçı rejim tərəfindən müharibəyə qoşula bilməz. Birincisi, buna beynəlxalq hüquq, ikincisi də Azərbaycanın beynəlxalq aləmdə, regionda apardığı siyasət imkan verməz. Azərbaycan müstəqil dövlətdir, öz ərazi bütövlüyünü qorumaq, ərazisində hər hansı bir əməliyyat həyata keçirmək hüququ var. Ermənistan isə bölgədə əhəmiyyətsiz və mənasız bir dövlətə çevrilib. Regional və beynəlxalq layihələrdən kənarda qalıb. Sadəcə bu dövlət özünü gündəmə gətirmək üçün, Rusiya da Ermənistandakı prosesləri, əhalini sakitləşdirmək üçün belə fikirləri orataya atır. Bu fikirlərin heç birinin məntiqi əsası yoxdur. Onsuz da vaxtında Sovet İttifaqının rəhbərliyi, sonra da Rusiya Ermənistana 1 milyard dollardan artlq silah verib, dəstək olub, zaman-zaman tək Rusiya deyil, ABŞ, Fransa da bu dəstəyi verib. Ermənistan Azərbaycan torpaqlarını öz gücünə işğal etməyib ki, bu, həmin dəstək nəticəsində mümkün olub. Amma artıq zaman o zaman deyil və Azərbaycan da həmin Azərbaycan deyil. İndi Azərbaycan müstəqil və qüdrətli dövlətdir, müstəqil iqtisadiyyatı, güclü ordusu var, ölkəmizlə hesablaşırlar. Yenə də qeyd edirəm ki, 2-5 aprel tarixindəki hadisələr həm orduların gücünü, həm xarici siyasətlərin, həm dövlərlərin gücünü, Azərbaycan və Ermənistanın nəyə qadir olduğunu həm iki ölkənin xalqları, həm də dünya ictimaiyyəti gördü. Hər kəsə bəlli oldu ki, fərq nə yerdədir. Aprel hadisələrində necə ki, işğalçını heç bir dövləti müdafiə etmədi, çünki haqsız idi və hamı da bunu bilirdi, gələcəkdə də belə olacaq və hansısa bir dövlət gəlib Azərbaycanın ərazisi olan Qarabağda əməliyyat apara bilməz".

Digər xəbərlər