PDF Oxu

Siyasət

  • 8

Qazağın qədim insan məskəni olduğu təsdiqlənib

Qazağın qədim insan məskəni olduğu təsdiqlənib

Qazaxda yerləşən Avey Dövlət Mədəniyyət Qoruğunun ərazisində və Damcılı mağarasında aparılan arxeoloji qazıntılar zamanı 7 min il əvvəl neolit dövrünə aid alətlər aşkarlanıb. Yaponiyalı və yerli arxeoloqların birgə işlədiyi ərazidə 4 metr dərinliyində qazıntı işləri aparılarkən bu yerin qədim insan məskəni olması bir daha təsdiqlənib. Damcılıda tapılan maddi-mədəniyyət nümunələrinin neolit dövrünə aid olmasının təsdiqlənməsi üçün Yaponiya laboratoriyalarına göndəriləcək.

Qoruğun direktoru Səadət Əliyeva bildirib ki, bir neçə ildir Tovuzda Göytəpə, Hacıələmxanlı və digər qədim yaşayış məskənlərində arxeoloji qazıntılar aparan yaponiyalı mütəxəssislər Tovuz və Qazağın yaxın olmasını və buradan tapılan alətlərin daha qədim olduğunu düşünürlər.

Yaponiyalı arxeoloq Yoşihiro Nişiaki deyib: "Damcılıda arxeoloji qazıntılar zamanı elmə yararlı kifayət qədər materiallar əldə etmişik. Məqsədimiz ərazinin qədim insan məskəni olmasını təsdiqləmək, bundan başqa neolitdən əvvəlki dövrlərə aid maddi sübutlar əldə etməkdir. Qazıntılar zamanı buna nail ola bildik".

ZÜMRÜD

Digər xəbərlər