PDF Oxu

Siyasət

  • 13

"Rusiya və Türkiyə bir-birilə dil tapmağa məcburdur”

"Rusiya və Türkiyə bir-birilə dil tapmağa məcburdur”

"Türkiyə-Rusiya münasibətlərinin yaxın zamanda tam olaraq normallaşması mümkün deyil". BunuSİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu prezident Vladimir Putinin avqustun 31-də Türkiyəyə gözlənilən səfərini şərh edərkən bildirib.Onun sözlərinə görə, Rusiyanın NATO üzvü olan dövlətlərə, o cümlədən Türkiyəyə qarşı sabit və bəlli bir mövqeyi var: "Rusiya NATO dövlətləri içərisində yeganə Türkiyəyə qarşı münasibətini müsbət istiqamətə dəyişmişdi, bu da ona görə idi ki, Türkiyə çox böyük dövlətdir və Rusiyanın qonşusudur. Amma hələ təyyarə vurulmamışdan əvvəl də Türkiyə Rusiya ilə sabit bir münasibət ortaya qoya bilmirdi. "Türk axını" ilə bağlı məsələni götürək. "Türk axını" qaz kəmərinin çəkilməsi ilə bağlı birmənalı mövqe olmadı. Səbəb də budur ki, Türkiyənin həm NATO, həm də Avropa İttifaqı qarşısında öhdəlikləri var idi. NATO-nun üzvüdür, Aİ-yə də üzv olmağa hazırlaşır. Yəni Türkiyə Rusiya münasibətlərində təyyarə vurulmamşdan əvvəl də kifayət qədər ziddiyyətlər var idi. Təyyarə hadisəsindən sonra ziddiyyətlər daha da kəskinləşdi. İndi hesab etmək olar ki, diplomatik yaxınlaşma var. Rusiyanın Türkiyə ilə münasibətləri normallaşdırmaqda məqsədi var. Moskva Suriya məsələsində kəskin addımlar atdı. Türkiyə Rusiya ilə barışandan sonra hətta Suriya ərazisinə qoşun yeritdi, Türkiyə artıq Suriyanın ərazisindədir. Bütün bunlar onu göstərir ki, bu iki dövlət düşmənçilikdən "mehriban düşmən" mərhələsinə keçmiş ola bilər. Rusiya və Türkiyə bir-birilə dil tapmağa məcburdur. Ona görə də Ərdoğan Sankt-Peterburqa gəldi, indi də futbol oyununa baxmaq adı ilə Putin Türkiyəyə səfər edəcək. Hesab edirəm ki, yaxın vaxtlarda Suriya məsələsi ilə bağlı çox dəqiq bir qərar veriləcək, nəticə alınacaq. Bütün hallarda iki dövlətin münasibətlərində düşmənçiliyi istisna edirəm".

sia.az

Digər xəbərlər