PDF Oxu

Siyasət

  • 12

Musa Quliyev: “Vitse-prezidentlik idarəetmədə çox vacib institutdur”

Musa Quliyev: “Vitse-prezidentlik idarəetmədə çox vacib institutdur”

"Vitse-prezidentlik institunun yaradılması idarəçiliyin operativliyini daha da artıracaq, dövlətçiliyi möhkəmləndirəcək, prezidentin qəbul etdiyi sərəncamların, fərman və qərarların hökumət tərəfindən vaxtında icra olunmasına nəzarəti artıracaq". Bunu SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev deyib.Onun sözlərinə görə, hakimiyyətin daha möhkəm, davamlı olması, arıdıcıllığın gözlənilməsi üçün idarəetmədə bu, çox vacib bir institutdur: "Bütövlükdə vitse-prezidentlik institunun yaradılması Konstitusiyaya edilən dəyişikliklərin çox mühüm tərkib hissəsidir və Azərbaycan dövlətinin öz inkişafında artıq yeni bir mərhələyə qədəm qoymasından xəbər verir. Vitse-prezidentlik institunun yaradılması prezident hakimiyyətini möhkəmləndirməklə yanaşı, eyni zamanda hökumətin fəaliyyətini daha da gücləndirəcək, operativliyi artıracaq, nəzarət funksiyasını, həm də idarəetmənin optimallaşdırılması funksiyasının daha da yüksəlməsinə səbəb olacaq. Həm mətbuatı izləyəndə, həm də insanlarla söhbət edəndə bəlli olur ki, onların böyük əksəriyyəti bu təklifləri, xüsusilə də vitse-prezidentlik institunun yaradılmasını qəbul edir və dəstəkləyirlər".

sia.az

Digər xəbərlər