Cəbrail Fərzəliyev: "Bu gün Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlar çox məntiqi şəkildə bir birini tamamlayır"
"Olimpiya oyunlarda komandamızın uğurları hər birimizi sevindirir. Kimlərsə qızıl medalların azlığından bir qədər gileyli qalsa da, bir böyük həqiqət var və onu hər kəs olduğu kimi qəbul etməyə borcludur – Rio-de-Janeyroda əldə olunmuş nəticələr Azərbaycan idmanının böyük uğurudur!". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin (YAP GB) fəal üzvü Cəbrail Fərzəliyev Azərbaycan idmançılarının Braziliyada keirilmiş Olimpiya oyunlarındakı çıxışlarına və nəticələrinə münasibətini bildirərkən deyib.YAP GB-nin fəal üzvü Azərbaycan idmanının zaman-zaman gücləndiyini və bundan sonra daha böyük nəticələrə sahib olacağını əminliklə bildirib: "1996-cı ildə Atlantada keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycan cəmisi 1 gümüş medala sahib ola bilmişdisə o, bu medalların sayını 2000-ci il Sidney Olimpiadasında 3-ə, 2004-cü il Afina Olimpiadasında 5-ə, 2008-ci il Pekin Olimpiadasında 7-yə, 2012-ci il London Olimpiadasında 10-a və 2016-cı il Rio-de-Janeyro Olimpiadasında 18-ə çatdırmaqla böyük bir uğura imza atmış oldu. Bu gün Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlar çox məntiqi şəkildə bir birini tamamlayır"."Bu uğurların hər birinin kökündə isə güclü Azərbaycan dövləti və Onun Prezidenti, ölkə gənclərinin ən böyük himayədarı cənab İlham Əliyev dayanır. Məhz bu güclü dövlətçilik prinsipi, qətiyyət və əzmkarlıq Azərbaycanı hər kəsin hesablaşdığı, o cümlədən, regionun ən qüdrətli dövlətinə çevirib. Biz gənclər də əldə edilən hər bir uğura görə dövlətimizin adını daim yüksəklərdə tutacağımıza, ölkəmiz üçün əzmkarlıq göstərib müxtəlif sahələrdə daha böyük nailiyyətlərə imza atacağımıza hazır olduğumuzu daim öz əməli işlərimizlə sübuta yetirəcəyik".
sia.az