"Azərbaycan Prezidenti həm ölkə daxilində, həm xarici dövlətlərdə keçirilən çoxsaylı tədbirlərdə iştirak edir, rayonlara səfərlər edir. Hətta bəzən biz düşünürük ki, dövlət başçısı bu qədər işləri necə çatdırır". Bunu SİA-ya açıqlamasında millət vəkili Çingiz Qənizadə deyib.Onun sözlərinə görə, vitse-prezidentlik institunun yaradılmasından sonra artıq birbaşa rəhbərlik Prezidentin əlində olmaqla, iş yükünün azaldılmasına gətirib çıxaracaq: "Bu, daha mobil və çevik dövlət idarəçilyinin həyata keçirilməsinə xidmət edəcək. Vitse-prezidentlik institunun yaradılması çox normaldır. Dünya təcrübəsində bu var. Zaman göstərəcək ki, vitse-prezidentlik institunun Azərbaycanda tətbiqi həm ölkənin daxili, həm də xarici siyasətində daha çevik, daha operativ işlərin görülməsində dövlət başçısına dəstək olacaq".
sia.az