"Cəmiyyət, dövlətçilik inkişaf etdikcə, dövlətin idarə olunmasında mühüm mərhələlər meydana çıxır. Hökumətin, cəmiyyətin, dövlətin idarə olunması zamanla ayaqlaşıb, müasir tələbələrə cavab verməlidir. Lakin elə məsələlər var ki, onlar məhz Konstitusiya ilə tənzimləndiyi üçün Konstitusiyaya əlavə və dəyişiklik ümumxalq səsverməsi -Referendum vasitəsilə həyata keçirilir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.Onun sözlərinə görə, ölkəmizdə Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərdən biri dünya təcrübəsində istifadə edilən vitse-prezidentlik institutunun yaradılmasıdır: "Bu institut dövlətin idarə olunmasında vacibdir. Birinci vitse-prezident və vitse-prezident postları ölkəmiz üçün mühüm, sırf dövlətin idarə olunmasında ölkə prezidentinə yardımçı qollardır. Bunun əsas təkliflərdən hesab etmək olar və düşünürəm ki, bu instututun yaradılması dövlətimizin, eləcə də dövlətçiliyimizin daha da inkişafı etməsi və yüksək səviyyədə idarə olunması üçün mühüm addımlardan biridir".E.Məmmədov qeyd edib ki, vitse-prezidentlik institutunun yaranması vətəndaş-məmur münasibətlərinin inkişafına da müsbət təsir göstərəcək: "Sözügedən institutun yaradılması vətəndaşların hüquqlarının, demokratiyanın qorunmasına xidmət edəcək".
sia.az