"Mehriban xanım Əliyeva Azərbaycan qadınlarının ən görkəmli nümayəndələrindən biridir. Azərbaycanın birinci xanımının fəaliyyətini digər ölkələrinin birinci xanımları ilə müaqyisə etsək o zaman Mehriban xanım Əliyevanın xalqı, dövləti, milləti naminə daha fəal və geniş fəaliyyətə malik olduğunu görərik". Bu fikirləri SİA-ya millət vəkili Gövhər Baxşəliyeva Azərbaycanın birinci xanımı, Heydər Əliyev fondunun prezidenti, millət vəkili, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günü ilə bağlı danışarkən deyib.O bildirib ki, Mehriban xanım Əliyevanın əsas fəaliyyətini xeyirxahlıq və humanizm təşkil edir: "O, daim uşaq evlərini nəzarətdə saxlayır və kimsəsiz uşaqlara himayədarlıq edir. Tez-tez bu uşaqlara baş çəkir, onların fikirləri, problemləri və arzuları ilə maraqlanır, bir ana kimi tövsiyələrini verir. Ata-ana himayəsindən məhrum olan uşaqların qaldığı evlər, internat məktəbləri ən yüksək səviyyədə təmir-bərpa olunub, hər cür avadanlqla təchiz olunub. Buradakı uşaqlar normal ailələrdə böyüyən uşaqlar kimi hər şeylə təmin olunublar".Millət vəkili qeyd edib ki, Heydər Əliyev Fondun prezidenti Mehriban Əliyevanın ölkəmizin dünyada təbliğində çox böyük rolu var: "Mehriban xanım Əliyeva daim xarici ölkələrdə tədbirlər keçirərək ölkəmizin dünyada tanınması istiqamətində mühüm addımlar atır. O, xalqımızı, mədəniyyətimizi dünyada layiqli şəkildə tanıdır. Azərbaycanın birinci xanımı həm də ölkə mədəniyyətimizin geniş təbliğatçısıdır. Belə ki, Onun rəhbərliyi altında həm ölkəmizdə, həm də ölkədən kənarda geniş tədbirlər keçirilir, ölkə mədəniyyətimiz təbliğ olunur".G.Baxşəliyeva əlavə edib ki, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında yorulmaz fəaliyyət göstərən millət vəkili Mehriban xanım Əliyevanın bütün fəaliyyətinin arxasında məhz problemin uğurlu həlli istəyi durur: "Onun bütün fəaliyyəti son nəticədə Azərbaycan xalqının ən əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlib. Azərbaycanın birinci xanımının vətən naminə gördüyü işlər bir çoxları üçün örnəkdir".
sia.az