PDF Oxu

Siyasət

  • 9

Avropa Şurası parlament sədrlərinin konfransı olacaq

Avropa Şurası parlament sədrlərinin konfransı olacaq

Sentyabrın 15-16-da Strasburqda Avropa Şurası ölkələrinin parlament sədrlərinin konfransı keçiriləcək. SİA Avropa Şurasının saytına istinadən xəbər verir ki, konfransda "Avropada miqrasiya və qaçqın böhranı:parlamentlərin rolu və vəzifələri", "Milli parlamentlər və Avropa Şurası:birlikdə demokratiya, insan hüquqları və qanunun aliliyinin təşviqi" və digər mövzukarda müzakirələr olacaq.

Tədbirdə açılış nitqi ilə AŞPA sədri Pedro Aqramunt, AŞ-nın baş katibi Turbyorn Yaqland çıxış edəcək. Həmçinin, Yunanıstan, Macarıstan, Almaniya, Serbiya, Estoniya, parlament sədrlərinin çıxışları nəzərdə tutulub.

sia.az

Digər xəbərlər