PDF Oxu

Siyasət

  • 4

Mixeil Canalidze: Azərbaycan ilə Gürcüstan arasında dostluq və qardaşlıq əlaqələri inkişaf edir

Mixeil Canalidze: Azərbaycan ilə Gürcüstan arasında dostluq və qardaşlıq əlaqələri inkişaf edir

Tbilisidə rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov avqustun 29-da gürcü həmkarı Mixeil Canalidze ilə görüşüb.M.Canalidze ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin, strateji tərəfdaşlığın daha da inkişaf etdiyini bildirib. O, bu cür görüşlərin münasibətlərin möhkəmlənməsinə xidmət etdiyini deyib.E.Məmmədyarov yenidən Tbilisidə olmaqdan məmnun qaldığını vurğulayıb. O diqqətə çatdırıb ki, qonşu və dost ölkələr olan Azərbaycan ilə Gürcüstan arasında əlaqələr genişlənir. Qarşılıqlı səfərlər, müzakirə olunan məsələlər ölkələrimizin dostluğunun daha da möhkəmlənməsinə töhfə verir.Görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik, həyata keçirilən enerji layihələri, xüsusilə Baki-Tbilisi-Qars dəmir yolu layihəsi və digər məsələlər müzakirə olunub.

AZƏRTAC

Digər xəbərlər