PDF Oxu

Siyasət

  • 11

“Ermənistanın belə təxribata əl atması ciddi rezonans doğura bilər”

“Ermənistanın belə təxribata əl atması ciddi rezonans doğura bilər”

"Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların intensiv fazaya qədəm qoyduğu bir vaxtda Ermənistanın təxribata əl atması çox ciddi rezonans doğura bilər". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli Dağlıq Qarabağdakı separatçı rejimin 25 illiyi altında beynəlxalq konfransın təşkilinin nəzərdə tutulmasına münasibət bildirərkən deyib.O, Azərbaycan XİN-in məsələ ilə bağlı yaydığı bəyanata diqqət çəkib və orada konfransa dəvət edilmiş şəxslərin Azərbaycan ərazilərinə qanunsuz səfərdə iştirak etməkdən çəkinməyə çağırış olduğunu xatırladıb: "Dünyada tanınmayan, başqa dövlətin ərazilərində işğal nəticəsində yaradılan qondarma bir qurumun 25 illiyinin keçirilməsi gülüncdür. Amma təəssüf ki, Rusiyadakı müəyyən qüvvələr bu məsələyə gizlincə dəstək verməkdə davam edirlər. Amerikadakı Erməni Milli Konqresi də çox canfəşanlıq edir, qızışdırıcı rol oynayır. Bir sözlə, bunu qarşısını almaq üçün Rusiya hansısa addımı atmalıdır, yaxud ATƏT, onun Minsk qrupu bəyanatla çıxış etməlidir. Belə təxribatçı addımların qarşısının alınması üçün Ermənistana xəbərdarlıq edilməlidir".Politoloq deyib ki, bu tədbir baş tutsa belə onun qondarma qurumun statusunun dəyişməsinə, beynəlxalq məsələlərə heç bir təsiri olmayacaq. Amma istənilən halda bu konfrans keçirilməsə daha yaxşdır. Çünki bu, bir ənənəyə çevrilir və belə ənənələr proseslərin pozitiv istiqamətə getməsinin qarşısını alır, yaxud da maneə törədir".

sia.az

Digər xəbərlər