PDF Oxu

Siyasət

  • 14

“Vitse-prezidentlik institutu idarəçilikdə çevikliyə gətirib çıxaracaq"

“Vitse-prezidentlik institutu idarəçilikdə çevikliyə gətirib çıxaracaq"

Sentyabr 26-da Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referenduma çıxarılan məsələlərdən biri də vitse-prezidentlik institunun yaradılmasıdır. SİA-nın məlumatına görə, bir sıra ölkələrdə tətbiq edilən və idarəetmədə mühüm rol oynayan vitse-prezidentlik institutunun yaradılması Azərbaycanda da müsbət qarşılanır.Millət vəkili, professor Musa Qasımlı da hesab edir ki, bu, idarəçilikdə çevikliyə gətirib çıxaracaq: "Azərbaycan Respublikası Konstitusiyasına edilməsi nəzərdə tutulan dəyişiklikləri, o cümlədən vitse-prezidentlik institutunun yaradılmasını vacib hesab edirəm. Bu, idarəçilikdə müsbət dəyişikliklərə, çevikliyə gətirib çıxaracaq".

sia.az

Digər xəbərlər