PDF Oxu

Siyasət

  • 8

Ermənistan mətbuatı Rusiyadan necə imtina edir?

Ermənistan mətbuatı Rusiyadan necə imtina edir?

SİYASİ RAKURS

Yaxud "ARTIQ GECDİR!" faktoru

Son günlər Ermənistan mətbuatında Rusiyadan imtina mövzusunda çoxsaylı yazılar, sosial şəbəkələrdə isə minlərlə şərhlər verilir. Əlbəttə ki, bütün bu kimi halların baş verməsi bir sübuta söykənir - illərdir Rusiyaya arxalanaraq, Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən ermənilər Azərbaycanın uğurlu siyasi tandemi qarşısında məğlub olacaqlarını düşünmürdülər. Lap dəqiqliyi ilə desək, aprel müharibəsinə qədər. Məhz həmin aydan etibarən ermənilər uduzduqlarını anlatmağa başladılar. Hətta beynəlxalq balans belə, onların zərərinə işləməyə başladı.

İndi isə bütün günahları nədənsə Rusiyanın üzərinə atırlar. Halbuki bütövlükdə, Ermənistanı Şimal qonşularının ixtiyarına vermiş ermənilərin özləri bu məsələdə böyük tarixi səhvə yol verərək, indi bütün bunların altını çəkməyə başlayıblar. İşğal olunmuş torpaqların Azərbaycana geri qaytarılması prosesində geriyə sayım başlayıb...

"Və ən çox biz ermənilər Rusiyanın regional destruktivizmini üzərimizdə hiss etdik"

Bu səbəbdən, erməni mətbuatında gedən növbəti anti-Rusiya məqaləsini tərcümə edərək, hörmətli oxucularımızın təqdimatına veririk. Ermənistanın birinci kanalına məxsus 1in.am saytında gedən və müəllifi Ovannes Mandakunni olan "Qarantiyalarınızı da götürüb burdan..." başlıqlı yazıda demək olar ki, ermənilərin iç üzləri özləri tərəfindən aşkar şəkildə büruzə verilib.

Qeyd olunur ki, Ermənistan-Azərbaycan və Qarabağ sərhədləri boyunca onlar (ermənilər) Cənubi Qafqazda ən böyükmiqyaslı müharibənin hiss edildiyini bildirirlər. SİTAT: "Və ən çox biz ermənilər Rusiyanın regional destruktivizmini üzərimizdə hiss etdik".

SSRİ dağıldıqdan sonra, Rusiya regional siyasətrində yeni model axtarışına çıxdı və həmin modeli dünya siyasəti standartlarına uyğunlaşdırmağa çalışdı. Lakin Rusiya daxili dövlət həyatınının təşkili işində uğursuzluğa düçar olduqdan sonra, faktiki olaraq, xarici siyasətdə də eyni halı yaşadı. Xüsusilə, Cənubi Qafqaz istiqamətində.

Məsələ ondadır ki, Rusiya yeni regional siyasətində daxili bazis modelini təmin edə bilmədi. Nəticədə, Putinlə birgə sovet-rus-"KQB" siyasəti Rusiya siyasətinin Cənubi Qafqaz regionundakı vektorunda əks olunmağa başladı. Yenidən "dubinka", intriqa, kölgə iş birlikləri və təhdidlər geriyə qayıtmağa başladı".

"Sadəcə, yeganə təhlükəsizlik qarantiyası qalıb ki, bu da belə bir amilə söykənir - əgər Rusiya olmasa, Azərbaycan və Türkiyə bizə hücum edəcək"

Məqalədə bildirilir ki, iki postsovet onilliyindən sonra Rusiya Cənubi Qafqazda hər hansı bir yeniliyə, dəyərlərə imza ata bilmədi: "Bundan əlavə, Rusiya öz strateji partnyoru olan Ermənistanla heç bir müasir proseslər təşkil edə bilmədi, heç bir siyasi, iqtisadi yeniliklərin yaranmasına təşəbbüs göstərmədi. Artıq Ermənistanda bu realıq qəbul olunmağa başlanıb. Ermənistan getdikcə, daha çox anlamağa başlayıb ki, Rusiya heç vaxt Ermənistan üçün inkişaf partnyoru olmayıb, olmayacaq da. Sadəcə, yeganə təhlükəsizlik qarantiyası qalıb ki, bu da belə bir amilə söykənir - əgər Rusiya olmasa, Azərbaycan və Türkiyə bizə hücum edəcək".

Beləlkilə, erməni media qurumu özlərinə sərf edən bir sıra "faktlar" gətirərək, sonda Rusiyadan qurtulmağın vaxtının çatdığını yazır: "Başqa sözlə desək, Rusiya dərin fəlsəfi mənada, Ermənistan üçün təhlükəsizlik qarantı deyil. Ruslar Ermənistana yeganə qarantiya verə bilər - durğunluq və s.

Lakin bizə belə qarantiyalar lazım deyil. Çünki biz buna görə çox baha ödənişlər edə bilərik..."

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər