PDF Oxu

Siyasət

  • 9

Azər Həsrət: "Gülənçilərlə vahabiləri birləşdirən çox amillər var" AÇIQLAMA

Azər Həsrət: "Gülənçilərlə vahabiləri birləşdirən çox amillər var" AÇIQLAMA

"Gülənçilərlə vahabiləri birləşdirən çox amillər var. Onlardan ən əsası hər ikisinin Qərbin kəşfiyyat xidmətləri tərəfindən təşkil edilməsi və idarə olunmasıdır". Bunu SİA-ya siyasi şərhçi Azər Həsrət gülənçilərlə vəhabiləri birləşdirən amillərlə bağlı danışarkən deyib.Onun sözlərinə görə, hər iki hərəkatda İslam dini sadəcə maskadır: "Əslində onların heç birinin gerçək İslam dininə dəxli yoxdur. Bu hərəkatların hər ikisi yayıldıqları ərazidə insanları və özəlliklə də dövləti nəzarət altına almağı əsas məqsəd sayır. Təbii ki, Qərbin kəşfiyyat xidmətlərinə bağlı olduqları üçün oradan gələn tapşırıqları da sözsüz yerinə yetirirlər. Bu baxımdan gülənçilərlə vahabilərin işbirliyi məni təəccübləndirmir".

sia.az

Digər xəbərlər