Dünən Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatı gənclər birliyi idarə heyətinin üzvləri 31 nomrəli Yol İstismarı MMC-də gənclərlə görüş keçirib. Görüşdə rayon təşkilatının gənclər birliyi idarə heyətinin üzvləri həmin müəssisədə çalışan 17 nəfər gəncə partiyanın üzvlük vəsiqələri təntənəli sürətdə təqdim edilib.YAP Daşkəsən rayon təşkilatı aparatının rəhbəri Sərdar Xıdırov qarşıdan gələn ümumxalq səsverməsində (Referendumda) Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulan maddələrdə dəyişikliklərlə bağlı gənclərə ətraflı məlumat verib, onları sentyabr ayının 3-də başlanılacaq təbliğat kampaniyasında fəal olmağa çağırıb.Görüşdə çıxış edən gənclər də Yeni Azərbaycan Partiyasının üzvü olduqları üçün fəxr etdiklərini bildiriblər. Çıxış edənlər ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin apardığı çox uğurlu daxili və xarici siyasəti dəstəklədiklərini bildiriblər.
A.SƏMƏDOVA