PDF Oxu

Siyasət

  • 13

YAP Binəqədi rayon təşkilatında "Yaşıl iqtisadiyyata gedən yol" adlı layihənin təqdimatı oldu

YAP Binəqədi rayon təşkilatında "Yaşıl iqtisadiyyata gedən yol" adlı layihənin təqdimatı oldu

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Azərbaycan Prezidenti yanında Gənclər Fondunun VIII qrant müsabiqəsinin qalibi, YAP Binəqədi rayon təşkilatının gənc fəalı Nurlan Hacıyevin "Yaşıl iqtisadiyyata gedən yol" adlı layihəsinin təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan N.Hacıyev layihənin reallaşdırılmasına göstərilən maddi dəstəyə görə Gənclər Fonduna, təşkilati dəstəyə görə YAP Binəqədi rayon təşkilatına təşəkkürünü bildirdi: "Layihə çərçivəsində gənclərə və ictimaiyyətə ölkəmizdə alternativ və bərpa olunan enerji mənbələri, bu sahədə əldə olunan uğurlar və inkişaf perspektivləri haqqında dolğun məlumatlar çatdırılacaq. Gənclərə peşəkar təlimçi tərəfindən 3 təlim keçiriləcək, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinə gənclərin ekskursiyası təşkil ediləcək".

Tədbirdə YAP Binəqədi rayon təşkilatı gənclər birliyinin sədri Mahmud Məmmədzadə çıxış edərək, ölkəmizdə, eləcə də Binəqədi rayonunda gənclərlə iş sahəsində aparılan uğurlu islahatlardan və həyata keçirilən layihələrdən danışdı. Bu cür layihələrin gənclərin daha da savadlanmasına və aktivliyinin artırılmasına xidmət etdiyini bildirdi.

Tədbirdə təlimçi Samir Qədirov tərəfindən gənclərə təlim və müxtəlif yarışlar təşkil edildi. Layihənin növbəti günü YAP Binəqədi rayon təşkilatı gənclərinin iştirakı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinə ekskursiyası təşkil edildi.

ZÜMRÜD

Digər xəbərlər