PDF Oxu

Siyasət

  • 6

Sağlamlıq imkanları məhdud olan uşaqlara müalicə kursları keçirilir

Sağlamlıq imkanları məhdud olan uşaqlara müalicə kursları keçirilir

Ölkə ərazisində Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təmir edilən səhiyyə müəssisələrindən olan Uşaq Bərpa Müalicə Mərkəzi də müasir standartlara uyğun olaraq qurulub.

Səhiyyə Nazirliyi mətbuat xidmətindən aldığımız məlumata istinadən UBMM-də müalicə alan uşaqların 40%-i sinir sistemi xəstəliklərindən, 30%-i dayaq-hərəkət sistemi, 20%-i yuxarı və aşağı tənəffüs sistemi xəstəliklərindən, 10%-i müxtəlif xəstəliklərdən əziyyət çəkirlər. 2015-ci ildə mərkəzə (ilk dəfə müraciət etmiş) 98 xəstə daxil olmuşdur. 2016-cı ilin ilk 6 ayı ərzində isə bu göstərici 88 xəstə təşkil etmişdir. UBMM-ə daxil olmuş xəstələr mərkəzdə qeydiyyata götürülür və hər iki aydan bir müalicə kursu keçirlər.

Uşaq Bərpa-Müalicə Mərkəzində uşaqlar xüsusi prinsiplərlə müalicə kursu keçirlər. Bu reablitasiya kursu müalicənin mümkün tez başlanılmasına, hər bir xəstəyə fərdi yanaşmaya və çoxmərhələli, uzunmüddətli bərpa-müalicəsinin təşkil edilməsinə əsaslanır. Mərkəzə gələn hər bir xəstə yaşını, xəstəliyin ağırlıq dərəcəsini, yanaşı olan xəstəlikləri nəzərə alaraq, fərdi reablitasiya kursu keçir. Mərkəzdə xəstələr il ərzində 3-6 mərhələdə bərpa-müalicə kursu keçirlər.

Uşaq Bərpa-Müalicə Mərkəzində sağlamlıq imkanları məhdud uşaqların fiziki reabilitasiyası ilə yanaşı, bu uşaqların dolğun həyat yaşamasına və sosial adaptasiyasına da çox önəm verilir. Mərkəzdə təşkil olunmuş art-terapiya (rəsm terapiyası) kursu keçən xəstələr bu il Azərbaycan Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində "Mənim rəngli dünyam" adlı sərgisində iştirak ediblər. Əlində fırça tuta bilməyən xəstələr barmaqlarını rəngə batıraraq, yaratdıqları rəsmlərdə onlar öz arzularını əlvan rənglərin köməyi ilə təsvir etmişdilər. Belə rəsm və rəng terapiyası uşaqların psixoloju reablitasiyasına və onların sosial adaptasiyasına və inteqrasiyasına kömək edir.

NƏZAKƏT

Digər xəbərlər